İDMAN YENİLİKLƏRİni - İNTİQAM təqdim edir (AZpress.AZ) -FOTO=4

İDMAN YENİLİKLƏRİni İNTİQAM təqdim edir (AZpress.AZ) -FOTO=4

 VOLEYBOL
---------------------------------------------------------
AÇ-2021-də rəqiblərimiz kimlər olacaq?

Avropa Voleybol Konfederasiyası (CEV) 2021-ci ildə kişi və qadınlar arasında keçiriləcək qitə çempionatının final mərhələsində iştirak edəcək yığmaların adını açıqlayıb. Maraqlıdır ki, qadın yığmalarının mübarizə aparacağı turnirdə 12 komanda arasında Azərbaycan millisi də yer alıb. Yığmamızın potensial rəqibləri isə Serbiya, Çexiya, Xorvatiya, Rumıniya, Türkiyə, İtaliya. Polşa, Hollandiya, Almaniya, Rusiya və Belçika olacaq. AÇ-2021-in final oyunları siyahıda adları çəkilən ilk 4 əlkədə keçiriləcək.

Təəssüflər olsun ki, kişilərin analoji yarışında Azərbaycan komandası olmayacaq. Kişilərin yarışında aşağıdakı komandalar iştirak edəcəklər:
Polşa, Çexiya, Finlandiya, Estoniya (ev sahibləri)
Serbiya, Sloveniya, Fransa, Rusiya, İtaliya, Ukrayna, Almaniya, Belçika.

"Murov" "UNEC"i məğlub edib

Qadın voleybolçular arasında Azərbaycan Super Liqasında I dövrənin növbəti oyunu keçirilib. Xatırladaq ki, Hollandiyada keçirilən Avropa Olimpiya Təsnifat Turniri ilə bağlı yaranan qısa fasilədən sonra ilk olaraq, superliqanın debutantlarından olan "Murov"la "UNEC" QARŞILAŞIB. Dərnəgül Voleybol Mərkəzində baş tutan oyunda "Murov" 3:0 hesablı qələbə qazanıb. Yeri gəlmişkən, məlum fasilədən öncə isə çempionatda iki görüş olmuşdu ki, həmin oyunlarda da "Mübariz" "Murov"u , "Azərreyl" isə "Abşeron"y 3:1 hesabla məğlub etmişdi.

ŞAHMAT
----------------------------------
Rauf Məmmədov liderlər qrupunda

Hollandiyanın Beyk-an-Zee şəhərində şahmat üzrə keçirilən və "Masters" və "Challengers" turnirindən ibarət olan ənənəvi "Tata Steel Chess" yarışları davam edir. Xatərladaq ki, "Masters"də hazırki dünya çempionu Maqnus Karlsen də daxil olmaqla planetin ən güclü 14 qrossmeysteri mübarizə aparır. Elə nisbətən zəif hesab edilən "Challengers"də də eyni sayda iştirakçı çıxış edir. Diqqətçəkən məqamlardan biri həmyerlimiz Rauf Məmmədovun ikinci turnirdə iştirak etməsidir. Qeyd edək ki, dünən baş tutan 4-cü turda ukraynalı Pavel Elyanovla sülh bağlayan Məmmədov hazırda 2,5 xalla 2-6-cı yerləri bölüşür. Burada yarış cədvəlinə 3 xalla Suriya Qanquli vahid liderlik edir. Daidəvi sistem üzrə keçirilməklə 13 turdan ibarət olan yarışlara yanvarın 26-da yekun vurulacaq. "Masters" turnirinə isə 4 turdan sonra 3 xalla amerikalı Uesli So liderlik edir.
İNTİQAM

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !