Azərbaycanlı reperdən iddialı açıqlama - - "100 min manata dəyişərəm"

Azərbaycanlı reperdən iddialı açıqlama - "100 min manata dəyişərəm"

Reper Xpert (Şəhriyar Atababayev) sosial media hesabında qalmaqallı status yazıb.
Teleqraf.com
xəbər verir ki, o, 100 min manat qonorar müqabilində "battle"a (qarşıdurma - red.) çıxmağa razı olduğunu bildirib.
Xpert qeyd edib ki, kiminlə qarşılaşması onun üçün maraqsızdır.
Reperə ən uyğun rəqib kimi Okaber göstərilib.
Sözügedən açıqlamadan sonra sosial şəbəkələrdə "Kəllə-kəlləyə" layihəsinin yaradıcıları ilə Xpert arasında mübahisə yaranıb.
Bununla bağlı sosial şəbəkələrdə “100 min manat”, “Xpertin koşeloku”, “Mazzinin böyrəyi” tipli onlarla troll hesablar yaradılıb.
Qeyd edək ki, Xpert 10 ildən çoxdur ki, fəaliyyət göstərir. Onun mahnıları "Youtube"da 30 milyondan çox baxış sayı toplayıb. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !