İDMAN YENİLİKLƏRİni - İNTİQAM təqdim edir (AZpress.AZ)

İDMAN YENİLİKLƏRİni İNTİQAM təqdim edir (AZpress.AZ)

FUTZAL
---------------------------------
Futzal yığmamız dünya çempionatının seçməsinə hazırlaşır

Futzal üzrə Azərbaycan yığması bu il keçiriləcək dünya çempionatının (DÇ-2020) seçmə qrup oyunlarının hazırlıq mərhələsinə başlayıb. Baş məşqçisi braziliyalı mütəxəssis Joze Alesio olan millimiz hazırlıq mərhələsində Özbəkistan komandasıyla 2 yoxlama matçı keçirməyi də planlaşdırıb. Oyunlar 21 və 22 yanvar günlərində Bakıda keçiriləcək. Birinci oyunu Hikmət Qafarlı, Anar Fərəcov və Rəhim Heybətov triosu, ikinci görüşüsə Əli Cəbrayılov, Knyaz Əmiraslanov və Fuad Həsənov üçlüyü idarə edəcək.
Yeri gəlmişkən, yığmamız DÇ-2020-inin seçmə qrup mərhələsində Xorvatiya, Rusiya və Slovakiya millisi ilə qarşılaşacaq. Yığmamızın yer aldığı qrupun oyunları Xorvatiyanın Osiek şəhərindəki "Qradsk Arena"da çaş tutacaq. İlk oyun yanvarın 29-da saat 23:00-da Xorvatiya ilə olacaq. Ertəsi gün saat 20:00-da ruslara rəqib olan yığmamız qrupda son matçını fevralın 1-də saat 20:00-da Slovakiyaya qarşı keçirəcək.
İNTİQAM
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !