Sevinc Ağa Xəlilqızı - - Əlvida söyləmədən...

Sevinc Ağa Xəlilqızı - “Əlvida söyləmədən...”

Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-inin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında “Yaradıcı oxucularımız” layihəsi çərçivəsində qələm sahibləri yeni yazdığı əsərlərini kitabxanaya təqdim edirlər. Xatırladırıq ki, 2018-ci ildə şairə, yazıçı-publisist Sevinc Ağa Xəlilqızı (Basqallı) ilə birgə layihə əsasında uşaqlar üçün yazılmış ”Bu dünyanın fidanları” (Azərbaycan və rus dilində) kitabı nəşr olunmuşdur. Kitab geniş oxucu kütləsi qazanmışdır. 2020 -ci ilin ilk ayında isə kitabxananın Fəxri oxucusu olan Sevinc Ağa Xəlilqızının “Əlvida söyləmədən...” kitabı “Elm və təhsil” nəşriyyatı tərəfindən nəşr olunmuşdur.
Müəllifin bu kitabı Dağlıq Qarabağ hadisələrinə və o cümlədən 20 noyabr 1991-ci il tarixində baş verən Qarakənd faciəsinə həsr olunub. Burada Azərbaycana məxsus hərbi helikopterin ermənilər tərəfindən vurulması nəticəsində şəhid olan həmvətənlərimiz haqqında məlumatlar, ölkəmizə qarşı erməni təcavüzləri, qanlı olaylar haqqında məlumatlar verilib. Kitabda yazıçının araşdırmaları, şeir və məqalələri, əlavələr və müsahibələr öz əksini tapmışdır.
Kitab geniş oxucu kütlələri üçün nəzərdə tutulub.
Kitabın təqdimatı 11 yanvar tarixində saat 1300-da ”Azərkitab” Kitab Mərkəzində keçiriləcək.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !