Gənclərimizi gələcək səhvlərdən qorumağa çağıran roman - -FOTO=7

Gənclərimizi gələcək səhvlərdən qorumağa çağıran roman -FOTO=7

 “Edam günü” detektiv tarixi romanında şahidi olduğum, ürək ağrısıyla seyr etdiyim çoxsaylı hadisələrdən bəhs olunur.
Polis sistemində 18 illik əməliyyat təcrübəmdən istifadə edib, həyatda gördüyüm, qarşılaşdığım, öyrəndiyim hadisələr barədə qeydlər etmişəm. Və bu kitabda edama məhkum olunmuş bir məhbusun kamerada yaşadığı həyəcanlı anlar əks olunub.
Oxucuma bildirmək istərdim ki, Bayıl həbsxanasında keçmiş sovet dövründə işləmiş işçilərlə görüşüb, maraqlı məlumatlar toplamışam. Yəni, belə faktların əksəriyyətini real həyatda yaşamış (məhkum olunmuş) məhbuslardan almışam.
“Edam günü”nün psixoloji trillerində hadisələr sovet dövrünün son illərində həbsxanada cərəyan edir. Mən burada həbsxana mövzusuna iki əks qütbdə ziddiyyətli kontekstdən baxaraq orijinal yanaşma təqdim etməyə çalışmışam.
Bu kitabda 12 bölümdən ibarət bədii film ssenarisi yer alıb; amma hələlik cəmi bir bölümü bədii filmə çevirə bilmişik.
Filmdə baş rolları Rövşən Kərimduxt, Sabir Məmmədov oynayır.“SPP Production” tərəfindən istehsal edilən ekran əsərinin xronometrajı 95 dəqiqədir. Film dünyada böyük marağa səbəb olub. Son 11 ayda film 20 beynəlxalq festivalda uğur qazanıb; ABŞ-da (“Hollivud”da), İspaniyada, Böyük Britaniyada və Yaponyada düzənlənən beynəlxalq film festivallarında ödüllər alıb.
Əlbəttə, gənc nəslin milli mənlik şüuru inkişaf etdirilməlidir. Xalqımızın, dövlətimizin milli dəyərləri ideoloji maarifləndirmədə aparıcı xətt təşkil etməlidir;belə olunca, gənc nəslin vətənpərvərlik hissləri daha da güclənər, deyə düşünürük.
Tanrı bizə əta etdiyi həyatı bəxşiş kimi yox, əmanət kimi verib. Elə etməliyik ki, biz həyatda buraxdığımız səhvləri övladlarımız buraxmasın. Bu kitabda yazılanlar bir həyat təcrübəsi, bir həyat məktəbidir. Həyatda buraxılan səhvlər, habelə bizim görmədiymiz, yaşamadığımız günahlar övladlarımız tərəfindən yaşanmamalı, təkrar edilməməlidir.
Beləliklə, biz gənclərimizi gələcək səhvlərdən qorumağa borcluyuq. “Edam günü” də bu borcun bir ifadəsidir...

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !