H.Mirələmovun Vicdanın hökmü əsərinin nümayişi - -FOTO=4

H.Mirələmovun “Vicdanın hökmü” əsərinin nümayişi -FOTO=4

Sumqayıtlılar hər zaman milli özünüdərk, milli təşəkkül prosesində öncülərdən olublar. 20 Yanvar gecəsində 3 nəfər görkəmli alimimizin olduğu avtomobil Sumqayıt Bakı yolunda tank tırtılları altında qalıb. Hər il şəhər rəhbərliyi, ictimaiyyət Şəhidlər xiyabanı ilə bərabər alimlərimizin də xatirə kompleksinə ziyarət edib əkili qoyurlar.
Sumqayıt Dövlət Dram Teatrı da hər zaman tarixi-mədəni irsə, xalqın taleyində önəmli rol oynamış hadisələrə, milli-mənəvi dəyərlərə özünün repertuar siyasəti ilə münasibət bildirilmişdir.
Teatrın repertuarında yer alan H.Mirələmovun “Vicdanın hökmü” əsəri 20 Yanvar faciəsinə həsr olunub. Bu il də hər il olduğu kimi 20 Yanvar ərəfəsində tamaşa bütün yaş kontingentindən olan tamaşaçılar üçün 18 yanvar saat 18:00-da nümayış etdiriləcəkdir.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !