Gənc Psixoloqlar İctimai Birliyi tərəfindən icra olunan Yaşamaq Gözəldir layihəsi - -FOTO=4

“Gənc Psixoloqlar” İctimai Birliyi tərəfindən icra olunan “Yaşamaq Gözəldir” layihəsi -FOTO=4

Azərbaycan Respublikası Gənclər Fondunun 12-ci qrant müsabiqəsinin qaliblərindən biri olan “Gənc Psixoloqlar” İctimai Birliyi tərəfindən icra olunan “Yaşamaq Gözəldir” layihəsinin icrası yekunlaşıb.
Dörd ay davam edən layihənin əsas məqsədi regionlarda baş verən yeniyetmə və gənclərin intiharlarının qarşısının alınması məqsədilə məktəb psixoloqlarının maarifləndirilməsi və onların köməkliyi ilə həmin regionlarda profilaktik işlərin təşkil edilməsi olub. Layihə çərçivəsində 5 regionda Sabirabad, Quba, Bərdə, Masallı və Qəbələdə təlimlər keçirilib. Təlimlərdə iştirak edən psixoloqlar yeniyetmə və gənclərin intiharlarının qarşısının alınması üçün faydalı məlumatlar əldə ediblər.
Qeyd edək ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin də tərəfdaş olduğu layihədə ümumilikdə 125 nəfər məktəb psixoloqu iştirak edib.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !