Zaurdan Nərminlə bağlı açıqlama: "Nəyinsə şahidi olduğuna görə..." - - VİDEO

Zaurdan Nərminlə bağlı açıqlama: "Nəyinsə şahidi olduğuna görə..." - VİDEO

"Müxtəlif şayiələr gəzir. Elə şeylər var ki, onu efirdən demək olmur. Amma bütün kəndin ağzında gəzən müəyyən şayiələr var. Belə bir şayiə də var ki, Nərmin nəyinsə şahidi olduğuna görə onun aradan götürülməsi məqsədəuyğun hesab ediblər. Hər halda kənd camaatı bunu yaxşı bilir..."
AZpress.AZ baku.ws-ə istinadla xəbər verir ki, bu sözləri Zaur Baxşəliyev "Bizimləsən" proqramında səsləndirib.
Qeyd edək ki, Tovuz rayonunda 10 yaşlı Nərmini oğurlayaraq qətlə yetirib meyitini yandıran şəxs saxlanılsa da ad açıqlanmayıb. Baş Prokurorluq, Dövlət Təhlükəsizlik Xidməti və Daxili İşlər Nazirliyinin birgə apardığı istintaq nəticəsində cinayəti törədən şəxs müəyyən edilib.
O, artıq saxlanılıb. Məlumata görə, həmin şəxs Nərminin qohumu olan bir kişidir.
Gün ərzində dövlət qurumlarının məsələ ilə bağlı rəsmi məlumat yayacağı gözlənilir. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !