İri buynuzlu heyvanlar Mingəçevir şəhərinin yaşıllığını məhv edir - -VİDEO

İri buynuzlu heyvanlar Mingəçevir şəhərinin yaşıllığını məhv edir -VİDEO

Mingəçevirdə bəzi sakinlər iribuynuzlu heyvanları şəhər parkına buraxır.
Yeniavaz.com
xəbər verir ki, şəhərə buraxılan iribuynuzlu heyvanlar həm park həm də səkidə hərəkət edən sakinləri qorxudur. Heyvanlar həmçinin, avtomobillərin hərəkət etdiyi yola çıxaraq təhlükəyə yol açır. Mingəçevirin park və xiyabanlarına ziyan vuran iri buynuzlu heyvanlar sakinlərin istirahətini də pozur. Məsuliyyətsiz heyvan sahiblərinin bu hərəkəti sakinlərin narazılığına səbəb olub. Bəzi hallarda hətta, 10-a yaxın iribuynuzlu sanki otlaqda otlayırmış kimi şəhər parkındakı yaşıllıqda qidalanır.
Mingəçevir Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsinin əməkdaşları isə mal-qara sahibləri ilə söhbətlər aparmaqla problemi aradan qaldırmağa çalışır. Onlar bildirdilər ki, əgər davamlı olaraq heyvanlar yaşıllıqlara buraxılarsa cərimələr tətbiq ediləcək. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !