Gülağa Tənha - - Masallıda möhtəşəm mərasim evi...

Gülağa Tənha - Masallıda möhtəşəm mərasim evi...

AzPRESS xəbər verir ki, Masallı rayonunun Ərkivan qəsəbəsində böyüyüb boya-başa çatmış, bir çox xeyriyyə işləri ilə tanınan şair Gülağa Tənha Ərkivan qəsəbəsində “Şah Səfi” ocağının yerləşdiyi yerdə möhtəşəm mərasim evi tikdirib.
Tikili haqqında danışmazdan öncə , onu qeyd edək ki, Gülağa Tənha (Qəmbərov) artıq 10 il olar ki, ölkə mətbuatının diqqət mərkəzindədir. Əvvəlcə Ərkivan qəsəbəsində,özünün yaşadığı Miyonçu məhəlləsinə Avropa standartlarına cavab verən yol çəkdirmiş, sonra kənd qəbiristanlığının ətrafına hasar çəkdirib və çardaq tikdirdikdən sonra, kənddə şəhidlərin xatiriəsinə abidə inşa etdirmişdir. Bu işlərindən sonra Gülağa Tənha ölkə səviyyəsində xeyriyyə işlərinə başladı. Əlil uşaqlar üçün pansionat tikdirdi, Masallı rayonunun Təzəkənd kəndində məktəb inşa etdirdi, onlarla, yüzlərlə imkansıza yardım etdi, alimlərə, yazıçılara, idmançılara, musiqiçilərə və sairə dəstək oldu. Qısa olaraq,Gülağa Tənhanın gördüyü xeyriyyə işlərini sadalasaq, böyük siyahı alınar. Onu da qeyd edək ki, Gülağa Tənha yaradıcılıqla da məşğul olur. Onun onlarla şeir kitabı və şeirlərinə bəstələnmiş yüzlərlə mahnıları var.
Xeyriyyəçiliyinə görə bu gün Gülağa Tənhaya minnətdar olanlar kifayət qədər olsa da, ona qısqanclıq edənlər, arxadan vurmaq istəyənlər də az olmadı. Bir müddət Gülağa Tənha arabir ata yurduna baş çəkməsi istisna olmaqla, ölkənin və rayonun ictimai həyatından kənarda qaldı.
son bir ildə Gülağa Tənha yenidən xeyriyyə işləri ilə göründü. Öncə onun Ərkivandakı Həsənəküçə məktəbi üçün yeni bina və Masallı şəhərində Uşaq Bağçası və Körpələr Evi tikdirəcəyi barədə sözlər eşidilsə də, əsl reallıq odur ki, Gülağa Tənha şəxsi vəsaiti ilə Ərkivan qəsəbəsində, “Şah Səfi” ocağının həyətində çox möhtəşəm bir mərasim evi tikdirib.
Mərasim evi 2 mərtəbəlidir. Birinci mərtəbəsi qadınlar, 2-ci mərtəbəsi kişilər üçün nəzərdə tutulub. 1-ci mərtəbə təxmin 200, 2-ci mərtəbə 350 nəfərə yaxın adam tutur. Burada geniş mətbəx, ikinci mərtəbədə geniş balkon, hər iki mərtəbədə otaqların qışda qızdırılması və yayda soyudulması üçün kondisioner və qaz sistemi... bir sözlə insanların mərasim keçirtməsi üçün mümkün olan nə varsa, hər şey burada var.Qeyd edilməsi vacib olan məslələrdən biridə, budur ki,binanın inşasında olduqca yüksək keyfiyyətli tikinti materiallarından istifadə olunmasıdır. Bundan əlavə mərasim evinə gedən 500 metrə yaxın yola asfalt döşənib, hər iki tərəfə hasar çəkilib, işıqlandırma sistemi quraşdırılıb, binanın arxitekturasına uyğun olaraq, “Şah Səfi” ocağında da bütünlüklə yenidənqurma işləri görülüb.
Burada ən xırda detallar da nəzərə alınıb-qurban kəsmək üçün yer, yuyucu otaq, yardımçı işlər üçün bina və sair.
Sonda onu da xatırlamaq yerinə düşər ki,son 5 ildə Masallıda xeyir-şər evləri tikilir. Öncə belə bir bina Masallı şəhərinin Yuxarı Baş adlanan hissəsində, sonra şəhərin Seybətin, Dadva, Digah ərazilərində, şəhərin mərkəzində və bir neçə kəndində tikildi. Ancaq möhtəşəmliyinə, gözəl arxitekturasına və hərtərəfli rahatlığına görə bu xeyir-şər evlərinin heç biri Ərkivan qəsəbəsindəki Mərasim Evi ilə müqayisə edilə bilməz. Onu da qeyd edim ki, digər yerlərdə belə binalar kəndin, yaxud bir neçə sponsorun köməyi ilə edilsə də, Ərkivandakı bina bir nəfərin - Gülağa Tənhanın sponsorluğu ilə başa gəlib.
AzPRESS oxucuların nəzərinə onu da çatdırmaq istəyir ki ,xeyriyyəçi Gülağa Tənha bu binanı tikdirərəkən bir çox bürokratik çəpərlərdən çətinliklədə olsa keçməyə məcbur olmuşdur.Belə ki,binanın üz örtüyü üçün istifadə olunan qranit daşlar Sankt-Peterburq şəhərindən gətirilən zaman Rusiya Dövlət Gömrük Komitəsi tərəfindən sənədlərə baxış keçirilmiş,daşların xeyriyyə məqsədilə gətirildiyi bəlli olduğundan və heç bir rüsum tələb olunmamışdır.Amma qranit daşlar Azərbaycan tərəfinə keçdikdən sonra Dövlət Gömrük Komitəsi tərəfindən hətta,sənədlərələ tanış olub,daşların biznes və heç bir gəlir məqsədilə deyil,məscidin həyətində tiklən mərasim evi üçün gətirilməsinə baxmayaraq Gülağa Tənhadan 70 000 AZN-ə yaxın rüsum tələb etmişlər.Hələ bu azmış kimi bu səbəbdən bir aydan çox daşların Gömrük Postunda qalarkən tutduğu yerin pulu da Gülağa Tənhadan tələb olunmuşdur.Buna görə də,mərasim evinin tiklib başa çatdırılması 2 ay gecikmişdir.Lakin bütün bu çətinliklərə baxmayaraq bina tikilib əhalinin istifadəsinə verilmişdir.
Həmişə imkanlı şəxsləri qınayırıq ki,niyə ölkədə heç bir xeyriyyə tədbirləri həyata keçirmirlər? və yaxudda keçirilən tədbirlərə qoşulmurlar?.Bir tərəfdən onlara haqq qazandırmaq olar.Buna misal kimi xeyriyyəçi Gülağa Tənhanın mərasim evini tikdirərkən qarşılaşdığı bürokratik çəpərləri göstərmək olar.Hətta xeyriyyə məqsədilə xaricdən ölkəyə gətirilən hər bir şeyə görə rüsum tələb olunması imkanlı şəxslərin bu işlərə elə də maraq göstərməməsinə səbəb olur.
AzPRESS.az  

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !