İDMAN YENİLİKLƏRİni - İNTİQAM təqdim edir (AZpress.AZ) -FOTO=11

İDMAN YENİLİKLƏRİni İNTİQAM təqdim edir (AZpress.AZ) -FOTO=11

 GÜLƏŞ
-----------------------------------

Sərbəst güləşçilərin İstanbul toplanışı davam edir

2020-ci ildə məsul yarşlarda iştirkı planlaşdırılan sərbəst güləş yığmamız Türkiyənin İstanbul şəhərində təlim-məşq toplanışını davam etdirir
Dekabrın 26-dan ölkə xaricində hazırlıq prosesinə start verən millimiz burada ev sahibi olan Türkiyə ilə yanaşı, Qazaxıstan, Bolqarıstan, Hindistan, Türkmənistan və Rusiyadan olan güləşçilərlə birgə toplanış keçir. Baş məşqçi əvəzi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında davam edən TMT yanvarın 9-da başa çatacaq. Ertəsi gün komandamız 2020-ci ildə ilk yarışına çıxacaq. Söhbət yanvarın 10-dan 12-dək İstanbulda keçiriləcək Yaşar Doğunun xatirə turnirindən gedir. Azərbaycan Güləş Federasiyasından aldığımız məlumata görə, ənənəvi turnirdə iştirak edəcək komandanın heyət yaxın günlərdə açıqlanacaq.
İNTİQAM

==========================================================

TENNİS
----------------------------
Mariya Şarapova 25 min dollarından keçib


Dünyaca məhşur olan rusiyalı tennisçi Mariya Şarapova tvitter səhifəsində maraqli bir xəbər bölüşüb. O, Avstraliyada baş verən meşə yanğınından zərər çəkmişlərə yardım məqsədi ilə ilkin olaraq 25 min dollarından keçdiyini bildirib. "Son 15 ilin yanvar ayları Avstraliya mənim doğma evim olub. Bu yanğn zamanı gəzəl yerlərin, ailələrin və heyvanların necə məhv olduğunu gözlərimlə görüncə ürəyimdən qanlar axır. Ona görə də, ilk olaraq, 25 min dollardan keçməli oldum " - deyən "Austrlaian Open-2008"-in qalibi dünyanın 1 nömrəli kişi raketka ustası olan serbiyalı Novak Cokoviçi də belə bir addım atmağa çağırıb. Yeri gəlmişkən, hər il mövsümə Melburunda (Avstraliya) "Böyük Dəbilqə" seriyasından olan "Australian Open"lə start verilir.

İNTİQAM

==========================================================

 

FORMULA-1
-------------------------------
2020-də Lyuis Hemlton hamıdan çox qazanacaq
Sebastyan Fettelsə ikinci olacaq


"Rasinq Elite" nəşri 2020-ci ildə formula-1 üzrə keçiriləcək dünya çempinatında pilotların nə qədər pul qazanacaqları ilə bağlı proqnoz xarakterli məlumat yayıb. Maraqlıdır ki, BBC və "Forbes"ə istinad edən nəşrin yaydığı məlumatda 6 qat dünya çempionu adını daşıyan britaniyalı pilot Lyuis Hemltonun ("Mersedes") 2020-də pilotlar arasında hamıdan çox qazanacağını göstərib. Proqnozlara inansaq, Hemlton bu mövsüm 50 milyon avro əldə edəcək. Qazanca görə 2-ci yeri 40 milyon avro ilə "Ferrari"nin 4 qat dünya çempionu olan almaniyalı pilotu Sebastyan Fettel tutacaq. İlk üçlüyü isə "Reno"nun sürücüsü Daniel Rikkardo tamamlayacaq. Onun qazancı 18 milyon avro təşkil edəcək. Bu mövsümün maaş ala bilməyən yeganə pilot Nikolas Latifi ("Uilyamas")olacaq.
"Formula 1" pilotlarının qazanclarını (milyon avro ilə) göstərən reytinq cədvəli belədir:
1. Lyuis Hemilton ("Mercedes") - 50
2. Sebastyan Fettel ("Ferrari") - 40
3. Daniel Rikkardo ("Renault") - 18
4. Maks Ferstappen ("Red Bull") - 12
5. Şarl Lekler ("Ferrari") - 9
6. Valtteri Bottas ("Mercedes") - 7,5
7. Kimi Raykkonen ("Alfa Romeo") - 4
8. Karlos Sayns ("McLaren") - 3,5
9. Serxio Peres ("Racing Point") - 3
10. Esteban Okon ("Renault") - 1,5
11. Aleksander Albon ("Red Bull") - 1,2
12. Lens Stroll ("Racing Point") - 1
13. Romen Qrojan ("Haas") - 1
14. Kevin Maqnussen ("Haas") - 1
15. Pyer Qasli ("Alpha Tauri") - 0,4
16. Lando Norris ("McLaren") - 0,4
17. Daniil Kvyat ("Alpha Tauri") - 0,275
18. Antonio Covinatsi ("Alfa Romeo") - 0,2
19. Corc Rassell ("Williams")- 0,2
20. Nikolas Latifi ("Williams") - 0

========================================================

VOLEYBOL
-----------------------------------
Vasif Talıbov yığmanın heyətini açıqlayıb

Baş məşqçisi Vasif Talıbov olan qadın voleybol yığmamız Olimpiada-2020-yə lesenziya xarakteri daşıyan təlim-məşq toplantısını başa vurub. Avropa Olimpiya təsnifatlı turnirin Bakıdan başlayıb Türkiyədə davam edən hazırlıq mərhələsinə Polşada keçirilən iki yoxlama matçı ilə yekun vurulub. Xatırladaq ki, Türkiyədə yerli klublara ("Fənərbaxça" və "Türk Hava Yolları klubu") qarşı keçirdiyi oyunlarda heç-heçə (2:2) oynayan yığmamız Polaşada hər iki görüşdə məğlubiyyətlə (0:5 və 1:3) uduzub. Hazırda millimiz sözügedən turnirin keçiriləcəyi məkanda - Hollandiyadadır. Bu arada baş məqçi turnirdə xidmətindən yararlanmaq istədiyi 13 voleybolçunun adını açıqlayıb. Beləliklə, Hollandiya turnirində yığmamızın şərəfini Kristina Yaqubova, Şəfəqət Alışanova, Ayşən Abduləzimova. Kseniya Pavlenko, Mariya Krilyuk, Anastasiya Qurbanova, Nelli Salbişvili, Yelizaveta Səmədova, Nikalina Başnakova, Polina Rəhimova, Marqarita Əzizova, Yuliya Kərimova və Bəyaz Əliyeva qoruyacaq. Turnirin A qrupunda Hollandiya, Bolqarıstan və Polşa millisi ilə birlikdə yar alan komandamız ilk matçini yanvarın 7-də ev sahibinə qarşı keçirəcək.


İNTİQAM
=======================================================

GÜLƏŞ
-----------------------
"Klassiklərimiz"in Rusiya toplanışı davam edir

 

Azərbaycanın yunan-Roma ("klassik") üzrə əsas yığması Rusiyanın Saranski şəhərində təlim-məşq toplanışını (TMT) davam etdirir. Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, gündəlik məşq prosesini Mordobiya yığması ilə birgə keçir. Xatırladaq ki, yığmamızın rusiyalı baş məşqçisi Aleksandr Tarakanov bu toplanışa 12 pəhləvan cəlb edib. Tokio Olimpiadasına olduqca çoxlu sayda lisenziya qazanmağı qarşıya məqsəd qoyan yığmamız cari ildə ilk olaraq, özünü 18-19 yanvar günlərində Fransada keçiriləcək Qran-Pridə sınayacaq. Daha sonra isə güləşçilərimiz Olimpiya təsnifatlı 2 turnirə qatılacaqlar. İNTİQAM

========================================================
KARATE
--------------------------------
Azərbaycan karateçiləri "Bosfor Kuboku"nda


Türkiyənin İstanbul şəhərində karate üzrə beynəlxalq "Bosphorus Cup" turuniri keçirilir. 3-5 yanvar aralığına təsadüf edən bu turnirə Azərbaycan karateçilrəri də iştirak edirlər Azərbaycan Milli Karate Federasiyasından (AMKF) aldığımız məlumata görə, yarışa qurumun prezidenti Yaşar Bəşirovun rəhbərliyi altında 14-15 yaşlı yeniyetmələr, 16-17 və 18-21 yaşadək gənclər, böyüklər, eləcə də para-karate milli komandamızın 26 üzvü qatılıb. Qeyd edək ki, hər il keçirilən bi ənənəvi turnirdə Azərbaycan da daxil olmaqla 25 ölkədən 1316 idmançı mübarizə aparır.

İNTİQAM

 

 

 

 

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !