UNEC İnklüzivTəhsil Mərkəzi Loqos un fəaliyyətilə tanış olublar. -

UNEC İnklüzivTəhsil Mərkəzi “Loqos” un fəaliyyətilə tanış olublar.

 UNEC ilə “Loqos” arasında imzalanan memarandum əsasında tədbirlər planının müzakirəsi ilə bağlı UNEC İnklüziv Təhsil Mərkəzinin heyəti “Loqos” – da olublar.
Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzinin icraçı direktoru Leyla Rəhimova nümayəndə heyətini Mərkəzlə tanış edib və ətraflı məlumat veribdir.
Daha sonra “Loqos” un təsisçisi Təranə Məmmədovanın rəhbərliyi ilə görüş baş tutubdur. Görüşü açıq elan edən T.Məmmədova bildirib ki, UNEC –lə başlanan əməkdaşlıq hər iki tərəf üçün əhəmiyyətli olacaq və 2020-ci ildə tərəflər birgə maraqlı layihələr icra edəcəklər.
UNEC İnklüziv Təhsil Mərkəzinin koordinatoru Sevinc Məhsimova Mərkəzlə tanışlıqdan məmnun olduğunu bildirib və qeyd edib ki, UNEC-də təhsil alan əlilliyi və sağlamlıq imkanları məhdud olan tələbələrin cəmiyyətdə sosial - psixoloji hazırlığını “Loqos” la birgə etmək UNEC üçün əhəmyyətli fayda verəcəkdir.
Sonra hər iki tərəfin komandası birgə tədbirlər planını müzakirə ediblər.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !