Roma Papası Fransisk qadının əlindən vurduğuna görə üzr istəyib - - Video

Roma Papası Fransisk qadının əlindən vurduğuna görə üzr istəyib - Video

Roma Papası Fransisk Romada Müqəddəs Pyotr meydanında möminlərlə görüş zamanı qadını əlindən vurub.
Axar.az xəbər verir ki, hadisənin görüntüsünü CBS telekanalı yayıb.
Belə ki, bir qadın insanlarla görüşən Roma Papasının əlindən tutmaq istəyib.
Bu vaxt Roma Papası qadının əlinə bir neçə dəfə vuraraq, onun hərəkətlərinə kəskin reaksiya verib.
İnsidentdən dərhal sonra Papanın keşikçiləri hadisəyə müdaxilə ediblər.
***
Roma Papası Fransisk qadının əlindən vurduğuna görə üzr istəyib.
“Səbr - məhəbbət deməkdir. Bəzən, bizim səbrimiz tükənir, necə ki bu, dünən mənim başıma gəldi. Bu gün mən pis davranışıma görə üzr istəyirəm”, - deyə o, bildirib. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !