Azərbaycanda bank nəzarəti çərçivəsi təkmilləşdiriləcək -

Azərbaycanda bank nəzarəti çərçivəsi təkmilləşdiriləcək

Növbəti ildə Azərbaycanda bank nəzarəti çərçivəsinin təkmilləşdirilməsi, risk əsaslı və kontrtsiklik prudensial tənzimləmənin tətbiq işləri görüləcək.
"APA-Economics" bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) 2020-ci il və ortamüddətli dövr üçün pul siyasəti və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə bəyanatına istinadən xəbər verir.
Yeni metodoloji yanaşma əsasında risk əsaslı nəzarətin tətbiqi məqsədilə pilot qaydada ilkin işlərə başlanılması nəzərdə tutulub.
Bankların risklərin idarə edilməsi üzrə daxili potensialının yüksəldilməsi 2020-ci ildə də dəstəklənəcək. Bankların korporativ idarəetmə standartlarının tətbiqi və stress-testləşmə potensialının yüksəldilməsi üzrə tədbirlər həyata keçiriləcək.
Bank sisteminə etimadın artırılması çərçivəsində əmanətləri sığortalanması sisteminin təkmilləşdirilməsi diqqətdə saxlanılacaq. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !