2020-ci ilin ailə sevinci: Mingəçevirdə yeni il gecəsi 5 oğlan uşağı dünyaya gəldi - -FOTO=2

2020-ci ilin ailə sevinci: Mingəçevirdə yeni il gecəsi 5 oğlan uşağı dünyaya gəldi -FOTO=2

Mingəçevir Mərkəzi xəstəxananın doğum şöbəsində yeni il gecəsi 5 oğlan uşağı dünyaya gəlib, onlardan ikisi əkizdir.
Bu barədə Yeniavaz.com saytına məlumat verən xəstəxananın həkim neotoloqu Nazilə Nürəddinqızı bildirdi ki, 2020-ci ilin ilk günü gecə saat 12-dən sonra 5 oğlan uşağı dünyaya gəlib: “Onlardan ikisi əkizdir. Hal-hazırda anaların və uşaqların vəziyyəti kafidir. Analar yeni doğum etdiklərinə görə intensiv şöbədədilər”.
7 ildən sonra yeni ildə ailəyə iki oğlan uşağı dünyaya gətirən Günay Mikayılova Yeniavaz.com saytına məlumat verərək bildirdi ki, 7 ildir övladı olmayıb: “2020-ci ilin ilk günü iki əkiz oğlan dünyaya gəldi. Çox sevincliyəm, uşaqların da vəziyyəti yaxşıdır. Çox böyük sevinc hissi yaşayıram, ailəmə yeni ildə bu şirinləri bəxş etdiyim üçün”.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !