- GƏLİN HƏMRƏY OLAQ, BİR OLAQ!

GƏLİN HƏMRƏY OLAQ, BİR OLAQ!

 Bu gün, demək olar ki,dünyanın hər bir yerinə səpələnmiş azərbaycanlıların Vətən eşqini xatırladan bir gündür-31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü.
Tarixin müxtəlif keşməkeşli anları ilə üzləşən həmvətənlərimiz xaricdə öz həyatlarının yeni mərhələsinə qədəm qoyaraq, yaşamaq üçün çarpışıb, yeni məkanda öz mövqelərini qurublar. Söz yox ki, bunların arasında uğurlu və uğürsuzluqlarla üzləşən , hələ də yeni məkanda özlərini təsdiq etməyə calışanlar var. Elələri də var ki, Vətənə , öz millətinə dönük çıxır , düşmən dəyirmanına su tökməklə məşğul olur, pula satılırlar.Amma, xoşbəxtlikdən bu manqurtlar cüzi bir azlıq təşkil edir.
Vətəni AZƏRBAYCAN olan , xaricdə bir çox sahələrdə uğur qazanmış iş adamlarımız heç də az deyil. Bunların bir çoxlarını biz artıq yaxşı tanıyırıq. Bunlar üzdə olan , hər zaman ürəyi Vətən eşqi ilə döyünən şəxslərdir. Sözsüz ki, bu üzdə olanlardır. Elələri də var ki, “mənım vətənim, mənim pulumdur” deyib ərşə çəkiliblər. Bu əlamətdar gündə biz onlardan söz açmayacağıq. Bu bizim gələcək yazılarımızın mövzusudur.
Bu gün, 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günündə, xaricdə uğurlu biznes nailiyyəti əldə edən, bununla belə Vətənini də unutmayan bir iş adamını xatırlayacağıq: Gülağa Qənbərov (Gülağa Tənha)! Öz xeyriyyəçiliyilə, Vətəndə tanınan bu şair təbiətli iş adamı mətbuatda tez-tez xatırlanır. Qeyd etmək lazımdır ki, öz halal zəhməti ilə qazandığı pulların bir hissəsini Vətənində xeyriyyə işlərinə xərcləyən Gülağa Qənbərov bu gündə öz amalından dönməyib.O, bu gün də yorulmadan həm biznesində, həm də şair kimi yaradıcılığında, xeyriyyə işlərində fəaliyyətini davam etdirir.Bu yazımızda saymaqla bitməyən xeyriyyəçi-iş adamının unudulmaz əməllərinin yalnız bir hissəsini Sizlərə təqdim edirik: Həmvətənlərimiz, baxın və özünüz qiymət verin, həmişə onun kimi ürəyiniz VƏTƏN eşqi ilə döyünsün...

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !