İranda H1N1virusundan 110 nəfərin öldüyü deyilir -

İranda H1N1virusundan 110 nəfərin öldüyü deyilir

 

İranın Səhiyyə Nazirliyinin İnfeksion Xəstəliklər Şöbəsinin rəhbəri Hüseyin İrfaniyan son bir həftə ərzində ölkədə qrip epidemiyasından 4 nəfərin öldüyünü bildirib.
Sentyabrdan indiyə kimi İranda qrip epidemiyasından həyatını itirənlərin sayının 110 nəfərə çatıb.
İrfaniyan son bir həftədə 2388 nəfərin tənəffüs yolundakı problemlərdən şikayətlənərək xəstəxanalara müraciət etdiklərini vurğulayıb.
Son aylar İranın Gülüstan, Mazandaran, Kirman, Ahvaz və digər əyalətində H1N1 virusu (donuz qripi) aşkarlanıb. (virtualaz.org) 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !