Zırpaket in satışı qadağan olunubsa, niyə qarşısı alınmır? - Mingəçevir sakinlərinin tələbi...

“Zırpaket”in satışı qadağan olunubsa, niyə qarşısı alınmır? Mingəçevir sakinlərinin tələbi...

 Yenil il bayramı münasibəti ilə daha çox uşaqların, elə böyüklərin istifadə etdiyi priotexniki vasitələr Mingəçevir bazarında, bir neçə ərzaq mağazasının qarşısında, hətta şəhərdə qurulan böyük yolkanın yanında açıq şəkildə satılır. Bu vasitələrin qulaqbatırıcı səsindən bezən şəhər sakinləri Yeniavaz.com-a narahatçılıqlarını ifadə ediblər.
Onlar qeyd ediblər ki, bu səsdən parkda da oturub istirahət edə bilmirlər, anidən partlayış səsi gələn zaman stres keçirirlər. Sakinlər bildiriblər ki, “zırpaket”in satışı qadağan olunubsa, niyə qarşısı alınmır?

Esmira Hidayətova, Mingəçevir
yeniavaz

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !