Professor Rəna İbrahimbəyovanın YÜKSƏL layihəsi çərçivəsində gender problemlərinə dair mühazirəsi dinlənildi - +FOTO=8 (Bağırzadə Əqdəs - AZpress.AZ)

Professor Rəna İbrahimbəyovanın “YÜKSƏL” layihəsi çərçivəsində gender problemlərinə dair mühazirəsi dinlənildi +FOTO=8 (Bağırzadə Əqdəs - AZpress.AZ)

 Bakı Kitab Mərkəzində “YÜKSƏL” layihəsi çərçivəsində növbəti mühazirə
keçirildi. «Müasir cəmiyyətdə gender problemləri» mövzusunda
mühazirəni Bakı Dövlət Universitetinin Gender və psixologiya
kafedrasının rəhbəri, professor Rəna İbrahimbəyova təqdim etdi.
Mühazirəçi çıxışında cins və gender anlayışı, gender aspektləri və
tədqiqatları, transgender anlayışının meydana çıxması və bu kimi
mövzulara toxundu.
R. İbrahimbəyova vurğuladı ki, müasir dünyada gender problemləri çox
mübahisə doğuran mövzulardan biridir və cəmiyyətdə kişi və ya qadın
olmaq yalnız bu və ya digər anatomik xüsusiyyətlərə sahib olmaq deyil,
həm də cəmiyyət tərəfindən müəyyən edilmiş bu və ya digər gender
rolunu icra etmək deməkdir.
Daha sonra məruzəçi BMT-nin gender statistikası, gender bərabərliyinin
əsas sahələri, statistik göstəriciləri, gender meinstriminqi,
neytrallığı, stereotipləri, rolları və s. anlayışlar haqqında məlumat
verdi. Mühazirə zamanı R. İbrahimbəyova, həmçinin, iştirakçılar
arasında interaktiv sorğu aparıb, onun maraqlı nəticələrini açıqladı.
Bakı Dövlət Universitetinin sosial elmlər və psixologiya fakültəsinin
tələbələrinin və Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü Proqramının
üzvlərinin iştirakı ilə keçirilən tədbir maraqlı diskussiya ilə davam
etdi. Sonda həmişəki kimi BKM adından iştirakçılara Rəna İbrahimbəyova
tərəfindən məsləhət görülmüş, gender probləmlərinə aid kitablar
hədiyyə olundu.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !