- İDMAN YENİLİKLƏRİni İNTİQAM təqdim edir (AZpress.AZ) -FOTO=3

İDMAN YENİLİKLƏRİni İNTİQAM təqdim edir (AZpress.AZ) -FOTO=3

ŞAHMAT-----------------------------------

Məmmədyarov DÇ-ya qələbəylə başlayıb

image.png

Bu gün Rusiya Federasiyasının paytaxtı Moskvada şahmatın rapid və blits növü üzrə növbəti dünya çempionatına start verilib. Ümumi mükafat foondu 1 milyon dollar təşkil edən bu turnirdə 207 kişi və 121 qadın şahmatçı mübarizəyz qatılıb. Azərbaycanı bu mötəbər turnirdə 5-i qadın olmaqla 11 zəka sahibi təmsil edir ki, bu 11-likdə də Şəhriyar, Zeynəb və Türkan Məmmədyarovlar, eləcə də, Rauf Məmmədov, Eltac Səfərli, Qədir Hüseynov, Namiq Quliyev, Aydın Süleymanlı, Günay Məmmədzadə, Gülnar Məmmədova və Ülviyyə Fətəliyeva cəmləşib. Rapid yarışları ilə startı verilən çempionatın ilk turunda şahmatçılarımızdan Şəhriyar və Türkan Məmmədyarovlar, Eltac Səfərli, Qədir Hüseynov, Aydın Süleymanlı və Gülnar Məmmədova ilk turu qləbəylə bitirib. Rauf Məmmədov, Namiq Quliyev və Günay Məmmədzadə isə rəqiblə sülh bağlayıb. 
Xatırladaq ki, 26-28 dekabrda rapid, 29-30 dekabrda isə blitc (sürətli şahmat) yarışı olacaq. Rapiddə kişilər 15, qadınlarsa 12 turda, blitsdə isə kişilər 21, qadınlarsa 17 turda mübarizə aparacaqlar. Bir maraqlı məqamı da qeyd edək ki, şahmatçılarımızdan Şəhriyar Məmmədyarov 2013-cü ildə rapid üzrə dünya çempionu adını qazanıb. 
İNTİQAM
 

VELOSİPED-----------------------------

AVİF 2019-cu ilə yekun vurub

 

image.png

 “Başa çatmaqda olan 2019-cu il Azərbaycan Velosiped İdmanı Federasiyası (AVİF) üçün uğurlu nəticələrlə yadda qalıb”. Bu fikirlərin sahibi Respublika Velotrekində keçirilən ilin yekun toplantısında hesabat məruzəsi ilə çıxış edən AVİF-in baş katibi Fərhad Əliyevdir. O, ilin əsas hadisəsi kimi, Azərbaycan yığma komandası üzvlərinin Tokio-2020 Yay Olimpiya Oyunlarına şose velosipedinin qrup ötüşməsində lisenziya qazanmasını qeyd edib. "Rio-2016 Yay Olimpiya Oyunları ilə müqayisədə Tokio Olimpiadası üçün iştirakçı sayının 150-dən 130-a endirilməsi mübarizəni daha da çətinləşdirib. Bütün lisenziya yarışlarında iştirak edən yığma üzvlərimiz 894 xal toplayıb və dünya reytinqində 44-cü olmaqla arzuolunan lisenziyaya sahib çıxıb " - F. Əliyev belə deyib. 

Xatırladaq ki, bu yarışlar zamanı millimizin lider idmançıları Elçin Əsədov və Samir Cəbrayılov Avropa, Asiya və Afrikada keçirilən yarışlarda 12 dəfə fəxri kürsüyə qalxıblar. Bundan başqa, gənc oğlan və qızlardan ibarət yığma komandamızın üzvlərindən Nəcəf Bağırov, Nikita Sıtov və Lalə Əbdürəhmanova İran İslam Respublikası, Belçika və Türkiyədə keçirilən beynəlxalq yarışların qalib və mükafatçısı olublar. Qurumun rəsmisi onu da qeyd edib ki, il ərzində əldə olunan nailiyyətlər ölkə idman rəhbərliyinin də diqqətindən kənarda qalmayıb. Milli Olimpiya Komitəsində 2019-cu ilin idman yekunlarına həsr olunan mərasimdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev yığma komandamızın baş məşqçisi Əbülfəz Məmmədovu mənzillə təltif edib. Bundan başqa, Gənclər və İdman naziri cənab Azad Rəhimovun müvafiq əmri ilə Əbülfəz Məmmədova “Azərbaycanın Əməkdar Məşqçisi”, ölkəmizi Tokio-2020 Yay Olimpiya Oyunlarında təmsil edəcək Elçin Əsədova isə “Azərbaycanın Əməkdar İdman Ustası” fəxri adı verilib.

 İlin yekun iclasına AVİF-nin 1-ci vitse-prezidenti, Avropa Velosipedçilər Birliyi Direktorlar Komitəsinin üzvü Sahib Ələkbərov öz çıxışı ilə yekun vurub. O,  növbəti ildə federasiyanın qarşısında duran əsas vəzifələrdən danışıb və il ərzində fərqlənən idmançı və məşqçilərə fəxri diplomlar təqdim edib.

VOLEYBOL---------------------------------
Polina Rəhimova 2019-u bombardir kimi başa vurur
image.png
image.png
Azərbaycanın qadın voleybolçulardan ibarət yığmasının lideri və hazırda karyerasını Braziliyanın "Sesi Voley" klubunda davam etdirən Polina Rəhimova bitməsinə bir neçə gün qalan 2019-cu ili sambaçılar ölkəsinin bombardiri kimi başa vurur. Qeyd edək ki, Polina Braziliya çempionatında keçirdiyi 11 oyunda özünün və komandasının aktivinə 234 yazdırıb ki, bu da hər oyunda orta hesabla 21, hər partiyada isə 5,57  xal deməkdir. Bu göstərici ilə yığmamızın üzvü Braziliya çempionatının ən məhsuldar oyunçusu nominasiyasının qalibi olub. Maraqlıdır kİ aktivində 21 eys olan Polina həm də ilin ən yaxşı ötürücüsü nominasiyasının da qalibi adına layiq görülüb. 
İNTİQAM




FUTZAL
--------------------------------------------------------
"Araz" qələbə seriyasını davam etdirib
image.png
Bu gün "Olimpik star"da futzal üzrə Azərbaycan çempionatının yüksək liqasında 14-cü turun oyunları keçirilib. Turun ilk oyunu çempionatın vahid lideri olan "Araz"la ortabablardan sayılan "Premyer" (Quba) arasında baş tutub. Baş məşqçisi braziliyalı mütəxəssis Joze Alesio olan Naxçıvan təmsilçisi növbəti qələbəsini qazanıb. Qubalıların vurduğu 6 qola naxçıvanlılar 9 qolla cavab veriblər. Turun digər oyunlarına gəlincə, "Xızı Futzal" "Yasamal"ı 9:8, "Neftçi"  "Baku Fayr"ı 5:4, yarış cədvəlində 2-ci yeri tutan "Marafon" "Bakı"ni 8:1, cədvəldə ilk üçlüyü tamamlayan EKOL isə "Rekord klub"u böyük hesabla məğlub edib. 
Hazırda yarı. cədvəlində vəziyyət belədir: Araz - 42 xal, Marafon, EKOL - hərəya 33 xal, Neftçi - 30 xal, Baku Fayr - 22 xal, Premyer, Bakı - hərəyə 14 xal, Rekord klub - 10 xal, Xızı futzal - 9 xal, Yasamal - 0 xal. 
Qeyd: Çempionatın bombardirləri siyahısında ilk üçlükdə bu futzalçılar yer alıb: Firudin Ağalarov (Premier, Quba) - 27, Xətai Bağırov (Araz) – 26, Ramiz Çovdarov (Araz) - 19 qol  
İNTİQAM
----------------------------------------------
Ölkə çempionlarının hamısı bəlli olub
image.png
 
image.png

İki gün öbcə Bakı İdman Sarayında kişi və qadınlar arasında startı verilən cüdo üzrə və 332 tatmi ustasının mübarizə apardığı ölkə çempionatına bu gün yekun vurulub və bununla da bütün çəki dərəcəsində çempionlar bəlli olub. Çempionatın son günündə kişilərdən Orxan Səfərov (66 kq), Murad Fətiyev (81 kq), Aslan Mirzəyev (10 kq) və Şahin Qəhrəmanov (+100 kq), qadınlardan isə Zeynəb Məmmədova (52 kq,, Aytac Qardaşxanlı (63 kq), Nərmin Əmirli (78 kq) və Gözəl Zutova (+78 kq) bütün görüşlərini qələbəylə bitirərək, fəxri kürsünün ən yüksək pilləsinə qlxıb. Şempionatın əvvəlki günlərində isə Yaşar Nəcəfov (60 kq), Telman Vəlieyv (73 kq, Məmmədəli Mehtiyev (90 kq), Ramilə Əliyeva (48 kq), İçinxorlo Munxtsedev (57 kq) və Günel Həsənli (70 kq) çempion adını qazanmışdı. Komanda yarışına gəlincə, qadınlar arasında finalda "Atilla"nı vaxtından əvvəl məğlub edən (3:0) "Neftçi", kişilərdən ibarət klublardan isə həlledici görüşdə "Cüdo-2010"ni 3:2 hesabla udan "Neftçi" birinci yeri tutub.   İNTİQAM

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !