BDU-da Hindistan səfiri ilə görüş - (+FOTO=1)

BDU-da Hindistan səfiri ilə görüş (+FOTO=1)

 AZpress.AZ xəbər verir ki, Hindistanın Azərbaycandakı səfiri Vanlalvavna Bavitlung Bakı Dövlət Universitetində (BDU) olub. Rektor Elçin Babayev qonağı salamlayaraq, ona Universitet haqqında məlumat verib, beynəlxalq əlaqələrindən danışıb.

Səfir Vanlalvavna Bavitlung qəbula və xoş qarşılanmaya görə təşəkkür edib. O, Hindistan universitetləri, tədqiqat mərkəzləri ilə əlaqələrin qurulması istiqamətində fikirlərini səsləndirib.

Qarşılıqlı maraq doğuran görüşdə tələbə-müəllim mübadiləsi, Hindistan elmi-tədqiqat institutları ilə birgə laboratoriyaların qurulması, BDU-da Hindistan Mədəniyyət Mərkəzinin açılması, bu ölkənin milli mədəniyyət günlərinin, festivallarının keçirilməsi, filmlərin nümayişi, sərgilərin təşkili kimi məsələlər müzakirə edilib.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !