İDMAN YENİLİKLƏRİni - İNTİQAM təqdim edir (AZpress.AZ) -FOTO=3

İDMAN YENİLİKLƏRİni İNTİQAM təqdim edir (AZpress.AZ) -FOTO=3

 ŞAHMAT
-----------------------------
İddiaçılar turnirinin bütün iştirakçıları bəlidir
Rəcəbov səkkizliyə düşsə də, Məmmədyarov oyundan kənar qaldı

FİDE Qran-Prisinin Yerusəlimdə (İzrail) keçirilən 4-cü mərhələsindən sonra gələn il martın 15-dən aprelin 5-dək Yekaterinburqda (Rusiya) keçiriləcək Dünya Şahmat Tacı uğrunda iddiaçılar turnirinin bütün iştirakçıları bəlli olub. Bu səkkizlikdə azərbaycanlı qrossmeyster Teymur Rəcəbov da yer alıb. O, bəlli turnirdə Din Lijen, Van Xao (hər ikisi Çin), Aniş Qiri (Hollandiya), Fabiano Karuana (ABŞ), Aleksandr Qrişuk, Yan Nepomniyaşiy və Kirill Aleksenko (üçü də Rusiya) ilə qarşılaşacaq. Yarış dairəvi sistem üzrə keçirilməklə iki dövrədən ibarət iolacaq. Turnirin qalibi hazırki dünya çempionu Maqnus Karlsenlə (Norveç) çempionluq uğrunda 12 partiyadan ibarət final oyunlarına qatılacaq.

Xatırladaq ki, iddiaçılar turnirinə süçmə xarakteri daşıyan FİDE Qran Prisində Şəhriyar Məmmədyarovla Teymur Rəcəbovdan ibarət azərbaycanlı cütlüyü də mübarizə aparırıdı. Rəcəbov Dünya Kubokunu udaraq iddiaçılar turnirinə vəsiqə qazandıqdan sonra onun üçün Qran Pridə mübarizə aparmaq formal xarakter daşıdı. Rəcəbovdan fərqli olaraq, iddiaçılar turnirinə qatılmaq üçün Məmmədyarovun ümid yeri Qran Pri idi. Təəssüflər olsun ki, ilk üç mərhələ yarışından sonra ümumi yarış cədvəlində 2-ci olan Şəhriyar 4-cü mərhələdə heç də yaxşı oynaya bilmədi. Nəticəd isə o, bəlli yarışı 10 xalla 4-cü pillədə başa vurdu. Əvəzində ilk iki yeri tutan rusiyalı şahmatçılar - Aleksandr Qrişukla Yan Nepomniyaşiy iki xoşbəxt biletin sahibi oldu. Onların həmyerlisi Krill Aleksenko isə turnirin təşkilatçıları tərəfindən dəvət alıb.

 

 

Dvorkoviç Rəcəbovun şansını dəyərləndirib

Beynəlxalq Şahmat Federasiyasının prezidenti Arkadi Dvorkoviç 2020-ci lidə keçirilməsi nəzərdə tutulan şahmat üzrə iddiaçılar tunirində iştirak etmək hüququ qazanmış azərbaycanlı qrossmeyster Teymur Rəcəbun şansını dəyərləndirib. "Hesab edirəm ki, iddiaçılar turnirində iştirak etmək imkanı qazanan bütün şahmatçıların şamsı eynidir. Rəcəbova gəlincə, o, həqiqətən də güclü şahmatçıdır. Bununla belə onun bəlli turnirə daha da yaxşı hazırlaşması üçün yetərincə vaxtı var. Düşünürəm ki, Rəcəbov bu vaxtdan öz xeyrinə olmaqla, səmərəli istifadə edəcək" - deyən Dvorkoviç bu arada Azərbaycan Şahmat Məktəbindən də söz açıb: "Azərbaycanın güclü şahmat məktəbi var, Bu ənənə indi də davam edir. Hazırda Azərbaycanda gənclər arasında çoxlu sayda yaxşı şahmatçı var. Bu baxımdan da Azərbaycan şahmatının gələcəyi yaxşıdır. Ümid edirəm ki, 26-30 dekabr aralığında Moskvada şahmatın rapid və blits növü üzrə keçiriləcək dünya çempionatında Azərbaycan güclü komandayla təmsil olunacaq".

TRİATLON
-------------------------------
Yığmamızın lideri Avropanın ən yaxşısı ola bilər


Azərbaycanın trialet üzrə yığmasının lideri, Rio Olimpiadasının iştirakçısı Rostislav Pevtsov Avropada ilin ən yaxşı atleti adına layiq görülmək üçün namizədliyi verilən idmançılar arasında yer alıb. Qeyd edək ki, Köhnə Qitənin ən yaxşı triatletinin adı gələn ilin fevral ayında Avropa Triatlet Federasiyasının (ETU) Minskdə təşkil ediləcək qala-gecədə açıqlanacaq. Xatırladaq ki, yığmamızın lideri 2019-cu ildə bir sıra uğurlara imza atıb. Belə ki, Kazanda Avropa çempionatının bürünc medalını qazanan Pevtsov, Dnepropetrovskidə Qitə Kubokunun gümüş, Portuqaliyada isə qızıl medalını əldə edib. Bununla yanaşı, o, İspaniyada dünya çempionatında uğurla çıxış edərək qələbəni qeyd edib və bunun ardından Ümumdünya Çimərlik oyunlarında fərdi yarışda bürünc, qoşa yarışda isə (Kseniya Levkovskiylə) gümüş medala sahib çıxıb. Maraqlıdır ki, ETO-nun rəsmi portalı Pevtsovun uğurlarından bəhs edən yazı dərc edib. Xatırladaq ki, Pevtsov 2016-cı ildə də Avropanın ən yaxşısı olmağa namizəd idi. Yeri gəlmişkən, qitənin ən yaxşısı adına namizədlər sırasında Britaniyadan olan Sem Dikinson və Ben Diykstra cütlüyü də yer alıb. Məhz bu üçlükdən biri ilin ən yaxşısı seçiləcək.
İNTİQAM

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !