Zirəddinin şou-biznes məşhurları üçün öncəgörmələri: "Ömrünün sonuna kimi... -

Zirəddinin şou-biznes məşhurları üçün öncəgörmələri: "Ömrünün sonuna kimi...”

 Öncəgörücü Zirəddin Rzayev hər il olduğu kimi, bu il də şou-biznesin məşhur nümayəndələrinin gələcəyi haqqında danışıb.

Adalet.az xəbər verir ki, Rusiyada yaşayıb, orada fəaliyyət göstərən məşhur ekstasens və öncəgörücü Zirəddin Rzayev "ATV-Maqazin 10larla” proqramının qonağı olub. O, verilişdə tanınmış ulduzları 2020-ci ildə nələr gözlədiyi proqnozunu 6-cıhissinin köməyi ilə söyləyib.

Xalq artisti Aygün Kazımova:

-2020-ci ildə sənətində yüksəlişlər olacaq. Uğura nail olacaq. 2020-ci il Aygün üçün uğurlu ildir. 2020-ci ildə sağlamlığında problemlər olacaq. Bunu mən sizə deyirəm. Məsləhət görürəm ki, sağlamlığını nəzarətdə saxlasın. Şəxsi həyatında hələ ki sakitçilikdir.

-Xalq artisti Röya Ayxan:

Röyanın həyatında ciddi dəyişikliklər görmürəm. Eynən Aygün Kazımova kimi. Amma Röyanın həyatında elə bir insan olacaq ki, onun həyatında çox önəmli bir rol oynayacaq. Gizli və məxfi sevgi görürəm. Avtomobillə bağlı Röya gərək çox ehtiyatlı olsun. Çünki onda maşın qəzasına meyillilik var. 2-3 ildən sonra Röyanın karyerasında yenidən problemlər yarana bilər.

-Xalq artisti Faiq Ağayev:

2020-ci ildən sonra Faiq Ağayevin karyerası ilə bağlı başqa bir səmtdə yenilik ola bilər. Biznes aça bilər, vəzifəyə gedə bilər. Çünki 2020-ci ildən sonra Faiqin qarşısında öz sahəsinə aid olmayan bir iş çıxır. Musiqidən uzaqlaşmayacaq. Ömrünün sonuna kimi bu sənətdə özünü göstərəcək.

-MüğənniNadir Qafarzadə

Daha sonra Zirəddin onun haqqında maraqlıproqnozlar verib. Ekstrasensirəliləyən illərdə Nadir Qafarzadənin fəxri ada layiq görüləcəyi barədəşad xəbər verib.

Bu il yerli şou-biznesdə məşhurlar arasında daha çox evlənənlərin olacağını bildirib. Zirəddin, "2020-ci ildə daha iki məşhurun boşanmasının şahidi olacaqsız”deməyi də unutmayıb.

Necə deyərlər, fala inanma, fala baxdırmaqdan da geri qalma...

 

Əntiqə Rəşid

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !