Keçmiş baş çekist Paşinyan barədə sərt danışdı -

Keçmiş baş “çekist” Paşinyan barədə sərt danışdı

Qarabağ cəbhəsində hərbi əməliyyatların təhlükəsi xeyli artıb. Hər an müharibə başlaya bilər.

Oxu.Az-ın Ermənistan KİV-nə istinadən verdiyi xəbərinə görə, ölkənin Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru David Şahnazaryan belə bəyanatla çıxış edib.

O bildirib ki, Ermənistan hakimiyyətinin intellektual çatışmazlığı ilə bu əməliyyatlara rəhbərlik etməsi qəbuledilməzdir.

O, Ermənistanın Baş naziri Nikol Paşinyanı nəzərdə tutaraq deyib:

“Kalaşnikov” avtomatının istifadəsini praktiki olaraq bacarmayan bir adamın yeni hərbi əməliyyatlar şəraitində təmas xəttinin müdafiəsini təşkil edə bilməyəcəyini dəqiq anlamalıyıq”. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !