Məktəbə "teloxranitel" ilə gələn məmur uşağı haqqında... - -FOTO=1

Məktəbə "teloxranitel" ilə gələn məmur uşağı haqqında... -FOTO=1

Xəbər verdiyimiz kimi, "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi, tanınmış aparıcı Anar Nəcəfli sosial şəbəkə hesabında "status" yazaraq bildirib ki, onun övladının oxuduğu sinifdə vəzifəli şəxslərdən birinin nəvəsi də oxuyur və sinifdə mühafizə ilə birlikdə oturur.
Yeniavaz.com xəbər verir ki, tanınmış aparıcının açıqlaması mətbuatda və sosial şəbəkələrdə geniş müzakirə olunub.
Bu müzakirələrdən sonra Anar Nəsəfli yazdığı "statusu" sosial şəbəkə hesabından silib. Aparıcının bu addımı sosial şəbəkələrdə yeni nüzakirələrə səbəb olub. İddia olunur ki, aparıcının məlum "statusu" silməsi nəvəsini sinifə cangüdənlə göndərən məmurun təzyiqi nəticəsində olub.
Məsələ ilə bağlı yeniavaz.com-a açıqlma verən Anar Nəcəfli bildirdi ki, həmin "statusu" özü silib və buna görə heç kim ona təzyiq etməyib.
Anar Nəcəflinin sosial şəbəkə hesabından silinən həmin "statusu" olduğu kimi təqdim edirik:
"Oğlumun sinifinə təzə bir qız gəlib. Bir vəzifəli şəxsin nəvəsidir. Məktəbə mühafizə ilə gəlir. Həmin mühafizə bununla bərabər dərsdə də oturur. Hətta sinif yoldaşlarını bu mühafizə ilə qorxudur da. Bu o məktəbdir ki, valideynləri məktəbin kandarından içəri bir addım buraxmırlar. Bəs olmaz!! Məktəbin direktorundan tutmuş müəllimlərinə qədər heç kəs cınqırığını da çıxarmır. Direktor aydın məsələdir ki, nəyinsə müqabilində buna göz yumur, müəllimlər isə işdən çıxarılmadan qorxurlar!! Bəs bunu o biri uşaqlar görür axı və bu onların tərbiyəsinə təsir edir axı!! Bu da məktəblərdə bizim uşaqlara verilən tərbiyyə!!"

                                                                  ***

“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli sosial şəbəkədəki hesabında övladının təhsil aldığı məktəbə şagirdlərdən birinin mühafizəçi ilə gəlib-getdiyi, hətta həmin mühafizəçinin dərsdə belə oturduğu ilə bağlı məlumat yayıb.
Maraqlıdır, hər hansı bir mühafizəçinin şagirdlə birlikdə sinfə daxil olması, dərsdə oturması nə dərəcədə doğrudur? Moderator.az-a açıqlama verən görkəmli təhsil eksperti, professor Şahlar Əsgərov bu kimi halların arzuedilməz olduğunu vurğuladı və problemin arxasındakı səbəblərə aydınlıq gətirdi: “Hesab edirəm ki, şagirdin dərsə mühafizəçi ilə gəlməsini, mühafizəçinin sinifdə oturmasını istənilən vətəndaş qeyri-qənaətbəxş bir hal kimi qiymətləndirər. İnşallah, ölkəmiz bu mərhələni tez keçirər. Əgər rüşvətxorlar tez tutulsa, o zaman buna ehtiyac qalmayacaq.
Uşağı mühafizəçi ilə aparmaq nəticədir. Biz bunu doğuran səbəbə diqqət yetirməli, buna aydınlıq gətirməliyik. Mühafizəçini uşağı qorumaq üçün tuturlar. Deməli, uşağın oğurlanmasından qorxurlar. Mühafizəçi onu qoruyursa, deməli, ya həmin uşağın valideyni çox böyük günah və ədalətsizlik edib, qorxur ki, bunun heyfini ondan alacaqlar. Ya da çox böyük oğurluq pullara sahibdir. Düşünür ki, uşağı oğurlayıb əvəzində ondan pul tələb edə bilərlər. Bizim idarə edənlərin içindəki nanəciblər sıradan çıxanda buna ehtiyac olmayacaq. Bu, bizim inkişafımızın bir mərhələsidir. Bir kallıq, yetşməməzlik mərhələsidir. Bu, mədəni dünyaya xas olmayan bir haldır. Hər kəs öz layiq olduğu yerdə oturanda, bu hallar da öz həllini tapacaq”.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !