İDMAN YENİLİKLƏRİ - İntiqam (AZpress.AZ) -FOTO=5

İDMAN YENİLİKLƏRİ İntiqam (AZpress.AZ) -FOTO=5

GÜLƏŞ

Eldəniz Əzizli klulararası dünya çempinoudur
"Atasport" isə mundialın üçüncüsü olub


Xəber verdiyimiz kimi, 18-20 dekabr günləırində İranda güləş (yunan-Roma və sərbəst güləş) üzrə klublarası dünya şempionatı keçirilib. Mundialda Aəzərbaycan pəhləvanları da iştirak ediblər. Onlardan üçü - ötən ilin dünya və Avropa çempionu Eldəniz Əzizli (yunan-Roma, 55 kq), üçqat dünya çempionu Hacı Əliyev (sərbəst güləş, 65 kq) və Cəbrayıl Həsənov (79 kq) yerli "İran Moll"un, Ziyad Zeynalov, Əsgər Əlizadə, Zaur Nuriyev, Azad Əliyev, Arif Niftullayev və Oyan Nəzrianidən ibarət altılığımız isə Azərbaycanı təmsil edən "Atasport"un (yunan-Roma üzrə) heyətində forma geyinib. Artıq yunan-Romaçıların ("klassiklər") yarışı başa çatıb. Bu yarışın qalibi adını Eldəniz Əzizlinin də şərəfini qoruduğu "İran Moll" qazanıb. Beləliklə də, Əzizli də eyni tutula sahib olub. "Atasport" isə üçüncü yeri tutub.
Maraqlıdır ki, İranın sərbəst güləş yarışında mübarizə aparan və heyətində Hacı Əliyevlə Cəbrayıl Həsənovun da yer aldığı eyniadlı komandası da finala çıxıb. Final azşam saatlarında olacaq.

***

TAEKVONDO

Yığmanın liderləri Çin səddini keçə bilməyiblər
Çinin Usi şəhərində taekvondo üzrə reytinq xarakterli "Böyük Dəbilqə" turniri keçirilib. Turnirdə Azərbaycan yığmasının liderləri - Rio Olimpiadasının qalibi Radik İsayev (+80 kq) və ikiqat dünya şempionu Miladi Beiqi Xarçeqani (80 kq) cütlüyü də özünü sınayıb. Təəssüflər olsun ki, turnirə böyük ümidlə gedən liderlərimiz ümidləri doğrulda bilməyiblər. İlk olaraq, dayanq üzərinə çıxan Milad Beiqi startda çinli Toersun Mayerdanı və ardından yaponiyalı Xidenori İbatanı məğlub etdikdən sonra yarımfinalda cənubi koreyalı Nam-Qonq Xvana uduzub.Nəticədə özbəkistanlı Nikite Rafaloviçlə bürünc medal uğrunda döyüşüb. Lakin dünya çempionumuz bu döyüşdə də məğlubiyyətlə üzləşərək çıxışını medalın bir addımlığında (4-cü yür) bitirib. Yeri gəlmişkən, Xarçeqani ilboyu göstərdiyi nəticələrə və topladığı reytinq xallarına görə artıq Tokio Olimpiadasına lisenziya qazanıb.
Olimpiya çempionumuza gəlincə, reytinq vəziyyətinə görə hələlik lisenziyasız qalan İsayev 1\8 finalda ev sahibi Ksibo Jaonu udsa da, 1\4 finalda britaniyalı Maxame Çoya uduzaraq, mübarizəni erkən dayandırıb.

***
FUTZAL

"Araz" "Xızı Futzal"ı darmadağın edib


Futzal üzrə ölkə çempionatının yüksək liqasında sayca 13-cü turun oyunları keçirilib. Əl oyunları Sarasında baş tutan turun maraqlı oyunlardan birində hazırkı ölkə çempionu və cari mövsümdə yarış cədvəlinə vahid liderlik edən "Araz"la autsayderlərdən sayılan "Xızı Futzal" qarşılaşıb. Görüş əvvəlcədən düşünüldüyü kimi də başa çatıb. Rəqibinə aman verməyən çempion, sözün əsil mənasında onu daramadağın edib - 10:2. Tur ümumiyyətlə liderlər üçün uğurlu olub. Beləki, yarış cədvəlində müvafiq ardıcıllıqla 2-ci və 3-cü yerləri bölüşən "Marafon"la EKOL da meydanı qələbəylə tərk edib. Birinci "Baku Fayr"ı *63, ikinci isə "Yasamal"ı 15:2 hesabla məğlub edib. "Heftçi"nin "Rekord"u minimal hesabla (6:5) udduğu hesabat turunda "Premyer"lə "Bakı" sülh bağlayıb - 5:5.
Hazırda komandaların turnir cədvəlindəki vəziyyəti belədir:
1. Araz - 39 xal, 2-3. Marafon, EKOL - hərəyə 30 xal, 4. Neftçi - 27 xal, 5. Baku Fayr - 22 xal, 6-7. Premyer, Bakı - hərəyə 14 xal, 8. Rekord - 10 xal, 9. Xızı Futzal - 6 xal, 10. Yasamal - 0 xal.

İNTİQAM

 

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !