Həkim narkoloq Asif Kəngərli ilə görüş keçirildi - -FOTO=61

Həkim narkoloq Asif Kəngərli ilə görüş keçirildi -FOTO=61

Dekabrın 18-i saat 15:00-da Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin təşkilatçılığı ilə Binə Mədəniyyət Mərkəzinin Akt zalında tanınmış həkim narkoloq Asif Kəngərli ilə görüş keçirildi.
Tədbir günümüzün aktual problemlərindən biri olan zərərli vərdişlərdən çəkindirməyə,yeniyetmə və gənclərin təlim-tərbiyəsində sağlam həyat tərzinin təbliğ olunmasına həsr olunmuşdu. Tədbirdə Bakı şəhər Mədəniyyət Baş İdarəsi mədəniyyət siyasəti sektorunun müdiri Səbinə Məmmədova,Xəzər rayon Binə qəsəbəsində yerləşən 149,117 saylı məktəblər 24 saylı Musiqi Məktəbi,Binə Mədəniyyət Mərkəzinin tibb kursu,Abşeron Binə Peşə Liseyi və Polis Akademiyasının əməkdaşları iştirak etdilər.
İlk növbədə qonaqlar Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin təşkil etdiyi Asif Kəngərlinin kitablarından ibarət “Sağlam həyat tərzini seçək”başlıqlı sərgiyə baxış keçirdi.
Daha sonra Xəzər rayon MKS-in hazırladığı foto-slayd nümayiş edildi.
Qeyd edək ki,onlarla kitabın müəllifi Asif Cəlil oğlu Kəngərli (Məmmədli)– 1954-cü ildə Naxçıvan şəhərində ziyalı ailəsində anadan olmuşdur. O, 1971-ci ildə 1 №-li orta mək-təbi ədə¬biyyat üzrə fərqlənmə diplomu ilə bitirmiş, Ukray¬nada həqiqi hərbi xidmət keçmiş (1972-1974), Azər¬baycan Dövlət Tibb İnstitutunun II müalicə fakül¬təsində təhsil almış (1975-1981), internaturada (1981-1982) ona psixonevroloq ixtisası verildikdən sonra doğma Naxçıvana qayıtmış, əvvəlcə Naxçıvan Respublika xəstəxanasında metodist (1982-1985), sonra rayonlararası HƏEK-da ekspert-nevropatoloq (1986-1995) və 7 il Nax.RND-də baş həkim (1996-2003) vəzifələrində çalışmışdır.
“Bəla”.”Zəhrimar”,”Alkoqol”,”Bir ömür hekayəsi”və s.kitabların müəllifidir.
Tədbir zamanı Binə Mədəniyyət Mərkəzinin rəsm kursunun narkomaniya ilə bağlı əl işləri nümayiş olundu.
Sonda Asif həkim oxucuların Facebook və digər social şəbəkələr tərəfindən yayımlanan suallarını cavablandırdı.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !