Narkotik vasitəni avtomobilin mühərrikxanasında gizlətdi - VİDEO+FOTO=9

Narkotik vasitəni avtomobilin mühərrikxanasında gizlətdi VİDEO+FOTO=9

Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postunda Gürcüstana gedən “Mercedes-Benz 190” markalı avtomobil Əməliyyat və Təhqiqat İdarəsinin məlumatı əsasında saxlanılıb, Azərbaycan Respublikası vətəndaşları olan sürücü və sərnişini şifahi sorğu-sual olunub.
Sorğu-sual zamanı onlar nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildiriblər. Lakin kinoloji xidmət itinin tətbiqi ilə keçirilən gömrük yoxlaması zamanı avtomobilin mühərrikxana və siləcəklərin mühərrik hissələrindəki boşluqlarda 4 ədəd bükümdə ümumi çəkisi 2 kq olan narkotik vasitə-heroin aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.


DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !