İDMAN YENİLİKLƏRİ - İntiqam (AZpress.AZ) -FOTO=8

İDMAN YENİLİKLƏRİ İntiqam (AZpress.AZ) -FOTO=8

VOLEYBOL

Yığmalarımızın Avroliqadakı raqibləri bəlli olub


Dünən Avropa Voleybol Konfederasiyasının (EKF) mənzil-qərargahında Qızıl və Gümüş Avroliqanın yeni məvsümü ilə bağlı toplantı olub. EKF-nın rəhbəri Aleksandr Boriçiç və Azərbaycan Voleybol Federasiyasının (AVF) baş katibi Cəlil Cəfərovun da qatıldlğı həmin toplantıda bəlli olub ki, bəlli turnirlərdə 23 ölkəni təmsil edən 36 yığma komanda iştirak edəcək. QızılAvroliqada 12 kişi və eyni sayda qadın komandası, Gümüş Avroliqada isə 6 kişi və 6 qadın yığması mübarizə aparacaq. Komandalar müvafiq olaraq 3 və 2 qrupda cəmləşəcəklər. Oyunlar evdə və səfərdə olmaqla iki dövrədə keçiriləcək. Xatırladaq ki, Azərbaycanın qadın yığması Qızıl, kişi komandası isə Gümüş Avroliqada oynayacaq. Qadın yığmamız C qrupunda Ukrayna. İspaniya və Rumıniya, kişi komandamız isə Gümüş Avroliqanın A qrupunda Finlandiya və Xorvatiya millisi ilə qarşılaşacaq. Mükafaq fondu 305000 min avro təşkil edən bu yarışın qalibi 125 min avro qazanacaq.
Yeri gəlmişkən, həmin toplantıda EKV-lə AVF arasında razılaşma müqaviləsi də bağlanıb. Müqavilənin əsas şərti 2020-2024-cü illərdə Azərbaycanda yeniyetmə və uşaq voleybolunu inkişaf etdirməkdən ibarətdir. Həmin müqaviləyə əsasən, EKV ölkəmizdəki idman məktəblərini lazımi inventarlarla təmin edəcək və seminarlar keçirəcək. Müqaviləyə Aleksandr Boriçiç və Cəlil Cəfərov imza atıb.

***

GÜLƏŞ

Güləşçimiz Nihat Məmmədli dünyanın ən yaxşısı seçilib


Dünya Güləş Birliyi (UWW) başa çatmaqda olan 2019-cu ilin yekunlarına görə yeniyetmələr arasında müxtəlif nominasiyalar üzrə ən yaxşıların adlarını elan edib. Maraqlıdır ki, qalib adını qazananlar arasında azərbaycanlı güləşçi də yer alıb. Söhbət yunan-Roma güləşi üzrə keçirilən yarışlarda fərqlənən Nihat Məmmədlidən gedir. 55 kq-da qurşaq tutan güləşçimiz bu il öz yaşıdları arasında həm dünya, həm də Avropa birinciliyinin qalibi olduğu üçün bu nominasiyada planetin ən yaxşısı adına layiq görülüb.

***

CÜDO

Azərbaycan 121 medalla dünyada 17-ci olub
Beynəlxalq Cüdo Federasiyası (İJF) 2019-cu ilin yekunlarına görə ölkələrin medal sıralanmasını elan edib. Burada yalnız böyüklərin deyil, yeniyetmə və gənclərin də il boyu qazandıqları medallar nəzərə alınıb. Məlum olub ki, Azərbaycan cüdoçuları 2019-cu ili 31-i qızıl, 33-ü gümüş və 257-si bürünc əyarlı olmaqla 121 medalla başa vurub. Bu göstərici ilə Azərbaycan Mərakeş, Ukrayna, Monqolıstan, İzrail, İspaniya, Tayvan, Kuba, BöyükbritaniyaŞ Portuqaliya və bir çox ölkələri geridə qoymaqla 142 ölkə arasında 17-si yeri tutub. Rusiyanın (144+133+233) medalla birinci yeri tutduğu cədvəldə Yaponiya (109+55+91) ikinci olub. Cədvəldə ilk üçlüyü isə Fransa (100+71+75) qapayıb. 
Yığmamızın aktivinə yazılan medalları qazanan cüdoçulara gəlincə, ən çox pay sahibi İrina Kindzerska (=78 kq) olub. İJF-nın yekun reytinq cədvəlini 3-cü pillədə başa vuran İrina ilboyu qatıldığı yarışlarda 8 dəfə fəxri kürsüyə qalxıb. Təl-Əviv və Antalya Qran-Prisni udaraq qızıl medal qazanan Kindzerska Parisdə "Böyük Dəbilqə"nin, Çinin Tsindao şəhərində keçirilən "World Masters"-də finalçı olmaqla gümüş, Minskdə baş tutan 2-ci Avrop Oyunlarında, Zaqreb Qran-Prisində və eləcə də, Bakının və Dyussüldorfun ev sahibliyi etdiyi "Böyük Dəbilqə"də bürünc medal qazanıb. Maraqlıdır ki, onun çəkisində reytinq cədvəlinə liderlik edən kubalı tatami ustası İdalis Ortis mövsümü 7 (4-2-1) medalla bitirib.
Kişi cüdoçular arasında isə ən çox medal əldə edən Rüstəm Orucovla (73 kq) həmin çəki dərəcəsində tatmiya çıxan Hidayət Heyderov olub. Dünya çempionatında, eləcə də, 2-ci Avropa Oyunlarında (Minskdə) və Antalya Qran-Prisində finalçı olan Orucov, Düusseldrof və Bakı "Böyük Dəbilqə"sində, eləcə də mövsümün son yarışı olan "World Masters"də üçüncü yeri tutub. Mövsümü qızılsız başa vuran Orucovdan fərqli olaraq, Hidayət Heydərov Çin Qran-Prisinin və Bakıda keçirilən "Böyek Dəbilqə"nin qalibi adını qazanıb. Tələbələrin Universiadasında ikinci yeri tutan Hidayət dünya və Avropa birinciliyində üçüncü yeri tutub.


90 kq-da mübarizə aparan Məmmədəli Mehtiyevsə ili 4 medalla başa vurub. O, bu il karyerasında ilk dəfə olaraq, "Çöyük Dəbilqə"ni udub.

 

 

 

 

 

 

 

 

İNTİQAM

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !