Tovuz rayonunun Aşağı Öysüzlü kəndində... -

Tovuz rayonunun Aşağı Öysüzlü kəndində...

Dekabrın 17-də saat 16:05-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən və saat 16:13-də Daxili İşlər Nazirliyinin 102 - Zəng Mərkəzi Xidmətindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Tovuz rayonunun Aşağı Öysüzlü kəndində mərminin tapılması barədə məlumat daxil olub.
 Modern.az-ın məlumatına əsasən agentliyin xüsusi mobil çevik əməliyyat qrupunun, Tovuz Rayon Polis Şöbəsinin və Səhiyyə Nazirliyinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşları dərhal həmin əraziyə göndərilib. Ərazidə yerləşən fermanın sahibi Solmaz Mehdiyeva bir neçə il əvvəl həmin əraziyə mərminin düşdüyünü bildirib.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !