Məhəmməd Rəsulzadənin ev muzeyi... - - Rəis Rəsulzadə

Məhəmməd Rəsulzadənin ev muzeyi... - Rəis Rəsulzadə

“Məhəmməd Əmin Rəsulzadənin ev Muzeyinin yaradılması təklifini müsbət dəyərləndirirəm”.
Bunu Sherg.az-a açıqlamasında Azərbaycan Xalq Cümhuriyyətinin banilərdindən biri - Məhəmməd Əmin Rəsulzadənin nəvəsi, tanınmış rəssam Rəis Rəsulzadə deyib.
Rəsulzadənin varisi bildirib ki, dəstək vermək istəyən media qurumları, ictimaiyyət nümayəndələri bu təklifi paylaşa, yaya bilərlər:
“Biz buna görə həmin adamlara ancaq və ancaq minnətdar ola bilərik. Əlbəttə, təşəbbüs bizim də ürəyimizcədir. Amma burada artıq şərhə ehtiyac yoxdur. Təklif yeni gündəmə gəlib. Gözləyək, görək alınacaqmı, necə alınacaq? Mənə elə gəlir ki, dəstək böyük olarsa, nəticə yaxşı olar. Məsələn, “Şərq” qəzeti kimi başqa mətbuat orqanları da məsələni gündəmdə saxlasa, təşəbbüs reallaşa bilər. Yəqin ki, alınar”.
Qeyd edək ki, ötən gün bir qrup ziyalı Azərbaycan Xalq Cümhuriyyətinin banilərdindən biri - Məhəmməd Əmin Rəsulzadənin ev muzeyinin yaradılması ilə bağlı təşəbbüs irəli sürüblər. Tarixçi-alim Solmaz Rüstəmova-Tohidi Rəsulzadəni Vətənə qaytarmağın vaxtının çatdığını deyib. O, vurğulayıb ki, Rəsulzadəninn1920-ci ilədək yaşadığı Bakı şəhəri, Nizami küçəsi 59. ünvanlı mənzili Muzeyə çevrilməlidir.  

Şərq qəzeti

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !