İDMAN YENİLİKLƏRİ - İntiqam (AZpress.AZ) -Foto=4

İDMAN YENİLİKLƏRİ İntiqam (AZpress.AZ) -Foto=4

GÜLƏŞ

Azərbaycan pəhləvanları dünya çempionatında


Bu gün İranda güləş üzrə klublararası dünya çempionatına start verilib. Sözügedən çempionatda Azərbaycan klubları iştirak etməsə də, tanınmış pəhləvanlarımız bu yarışdan kənarda qalmayıblar. Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, "klassik"lərimizdən ötən ilin dünya və Aavropa çempionu Eldəniz Əzizli (55 kq), eləcə də sərbəst güləşçilərimiz - üçqat dünya çempionu Hacı Əliyevlə (65 kq) Olimpiya mükafatçısı Cəbrayıl Həsənov (79 kq) İran klublarının heyətində mundiala qatılıb. Hər üç pəhləvanımız çempionatın favoritlərindən biri sayılan yerli "İran Moll" klububub formasını geyinib. Çempionat 3 gün davam edəcək.

                                                                                                 ***

TAEKVONDO

Taekvondoçuların ölkə çempionatı keçiriləcək
24-28 dekabr günlərində taekvondo üzrə yeniyetmə və gənclərin (oğlan və qızlar) arasında seçmə xarakterli Azərbaycan birinciliyi, böyüklənisə (kişi və qadınlar) çempionatı keçiriləcək. Azərbaycan Taekvondo Federasiyası ilə Gənclər vəİdmanNazirliyinin birgə təşkil edəcəyi bu yarışlar Abşeron Olimpiya İdman Kompleksində baş tutacaq. Reqlamentə əsasən yeniyetmələr 24-25 dekabr tarixlərində (çəki günü 23 dekabr saat 12:00-dan 17:00-dək), gənclər 26-27 dekabr aralığında (çəki günü 25 dekabr saat 11:00-dan 16:00-dək) dayanq üzərinə çıxacaqlar. Dekabrın 28-də isə isə böyüklər mübarizəyə qatılacaqlar (çəki günü 27 dekabr saat 11:00-dan 16:00-dək).
Xatırladaq ki, birincilikdə və çempionatda fərqlənən qalib və mükafatçılar öz yaş qrupları üzrə ölkə yığmasının heyətinə cəlb ediləcəklər.

 

 

 

İNTİQAM

 

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !