Sumqayıtlılar hələ də bayram ovqatını yaşamaqdadır. -

Sumqayıtlılar hələ də bayram ovqatını yaşamaqdadır.

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Sumqayıta gəlişi, bir sıra mədəniyyət obyektlərinin açılışında iştirakı Sumqayıtlılar üçün qürur məqamına çevrildi. Həmçinin Sumqayıtın 70 illik yubileyi ərəfəsində şəhərin sosial-iqtisadi, mədəni inkişafında xidmətləri olan bir qrup şəxsin mükafatlandırılması əlamətdar hadisə idi. Nə xoş ki, təltif olunanlar içində teatrımızın da əməkdaşları yer aldı.Həşimov Nadir Əbdül oğlu, Məmmədov Vasif Gülbala oğlu “Əməkdar mədəniyyət işçisi” fəxri adına, Səfərli Mətləb Səfərağa oğlu, Səlimov Yalçın Üzeyir oğlu, Dadaşov Nizami Məhərrəməli oğlu isə “Tərəqqi” medalına layiq görüldü.
Qeyd etmək yerinə düşər ki, teatrımız hörmətli ölkə başçısının, I vitse-prezident Mehriban xanım Əliyevanın, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin diqqətində olmaqla bərabər hər zaman şəhər rəhbərliyindən də xüsusi qayğı görüb. Teatr binasının əsaslı təmirdən sonra müasir avadanlıqlarla təchiz olunması yaradıcı kollektivin fəaliyyətini əzmlə davam etdirməsinə təkan verib. Sumqayıt şəhər icra hakimiyyətinin başçısının mütəmadi teatra gəlişi, ictimai baxışlarda, tamaşalarda iştirakı, yaradıcı kollektivlə səmimi söhbəti repertuarla maraqlanması gələcək uğurlara aparan əsas amildir. Cənab Zakir Fərəcovun bu addımı şəhərdə teatra olan sevginin formalaşmasına və artmasına hər zaman öz müsbət təsirini göstərir.
Sumqayıt Dövlət Dram Teatrının rəhbərliyi adından teatr əməkdaşlarına göstərdiyi diqqət və qayğıya görə bir daha şəhər rəhbərliyinə minnətdarlığımızı bildiririk..

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !