İstanbul-İrəvan aviareysi bərpa edildi -

İstanbul-İrəvan aviareysi bərpa edildi

Türkiyənin "Atlas Global" aviaşirkəti İstanbul-İrəvan marşrutu üzrə uçuşlara yenidən başlayır.
AZpress.AZ  "Atlas Global" aviaşirkətindən açıqlanan məlumata istinadən bildirir ki, şirkət bu ilin 27 noyabr tarixindən etibarən İstanbul-İrəvan marşrutu da daxil olmaqla bütün istiqamətlərdə uçuşları müvəqqəti olaraq dayandırıb.
Məlumatda bildirilir ki, təxminən 25 günlük fasilədən sonra İstanbul-İrəvan marşrutu üzrə ilk uçuş dekabr ayının 22-də həyata keçiriləcək. İstanbul-İrəvan aviareysində biletin qiyməti 785 lirəyə (133 dollar) bərabərdir. Əvvəllər bu qiymət təxminən 200 dollara bərabər olub.
Məlumat üçün bildirək ki, "Atlas Global" aviaşirkəti Türkiyənin ən böyük şəhərindən - İstanbuladan Ermənistanın paytaxtına həftədə iki dəfə birbaşa uçuşlar həyata keçirir.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !