Sakinlər yolu bağladılar - -TIXAC YARANDI

Sakinlər yolu bağladılar -TIXAC YARANDI

Bakı-Şamaxı yolunun Hökməli qəsəbəsindən keçən hissəsinin bir tərəfi sakinlər tərəfindən bağlanıb.
Yeniavaz.com xəbər verir ki, sosial şəbəkələrdə yayılan məlumata görə Altaylı qəsəbəsinin sakinləri həmin yolun üstündə piyada keçidinin tikilməsi tələbi ilə yolu bağlayıblar. Onlar tez-tez burada ölümlə nəticələnən qəzaların baş verdiyini bildiriblər. Bunun səbəbini isə yolda piyada keçidinin və işıqlandırma sistemlərinin olmaması ilə əlaqələndiriblər.
Hadisə yerində olan şəxslərin redaksiyamıza verdiyi məlumata əsasən Abşeron rayon polis əməkdaşları sözügedən əraziyə gəlib və yalnız sakinlər bundan sonra yoldan çəkilərək avtomobillərin hərəkətinin təmin edilməsinə şərait yaradıblar.
Məsələ ilə bağlı Abşeron Rayon Polis İdarəsi ilə əlaqə saxladıq, amma qurumdan bizə ümumiyyətlə belə bir hadisənin baş vermədiyini bildirdilər.

Şahmərdan Əhmədli 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !