Türkiyədə işsizlik səviyyəsi artıb - -RƏSMİ

Türkiyədə işsizlik səviyyəsi artıb -RƏSMİ

Əvvəlki ilin eyni dövrü ilə müqayisədə bu ilin sentyabr ayında işsizlərin sayı 817 min nəfər artaraq 4 milyon 566 min nəfərə çatıb. Nəticədə ölkədə işsizlik səviyyəsi 13,8% olub.
AZpress.AZ Türkiyə Statistika İdarəsinin açıqladığı sonuncu göstəricilərə istinadən bildirir ki, ötən ilin analoji dövründə - sentyabr ayında Türkiyədə gənclərin (15-24 yaşlarında) 26,1%-i işsiz olub.
İşləyən insanların sayı isə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 623 min nəfər azalaraq bu ilin sentyabr ayında 28 milyon 440 min nəfərə düşüb. İşləyən insanların 36%-i isə qeyri-rəsmi olaraq çalışıb.
Qadınlar arasında işsizlik səviyyəsi 17,3% olub. Gənc qadınlar arasında isə işsizlik səviyyəsi 32,9%-ə çatıb. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !