İDMAN YENİLİKLƏRİ - İntiqam (AZpress.AZ) -FOTO=2

İDMAN YENİLİKLƏRİ İntiqam (AZpress.AZ) -FOTO=2

ŞAHMAT

Şahmatçılarımız dünya çempionatına gedəcəklər
Dekabrın 26-dan 30-dək Rusiya Federasiyasının paytaxtı Moskvada şahmatın rapid və blits nəvləri üzrə dünya çempionatı keçiriləcək. Mükafat fondu 1 milyon dollar təşkil edən həmin turnirdə Azərbaycandan olan qrossmeysterlər də iştirak edəcəklər. Etibarlı mənbədən aldığımız məlumata görə, Rusiya paytaxtında şlkəmizi 10 zəka sahibi təmsil edəcək. Bu onluqda isə Şəhriyar, Zeynəb və Türkan Məmmədyarov triosu, eləcə də Eltac Səfərli, Qədir Heseynov, Rauf MəmmədovŞ Namiq Quliyev, Gülnar Məmmədova, Günay Məmmədzadə və Ülviyyə Fətəliyeva yer alıb.
Xatırladaq ki, yaxın günlərdə Estoniyanın paytaxtı Tallində şahmatın bu növləri üzrə Avropa çempionatı keçirilmişdi. Həmin çempionatda həmyerlilərimizdən Rauf Məmmədovla Qədir Hüseynov iştirak etmişdi ki, onlardan da Məmmədov rapidin son turunda birinciliyi əldən verərək ikinci, Hüseynovsa 4-cü olmuşdur. Blitsdə isə Qədirov 6-cı, Məmmədovsa 11-ci yerlə kifəyətlənmişdi.

***

CÜDO

Rüstəm Orucov ili İJF-nin lideri kimi başa vurub
Çinin Tsindao şəhərində kişi və qadın cüdoçular arasında keçirilən və mösümün son yarışı olan "World Masters"dən sonra Beynəlxalq Cüdo Federasiyası (İJF) tatmi ustalarının yekun reytinq cədvəlini elan edib. Yekun nəticəyə görə biri qadın olmaqla. 4 Azərbaycan cüdoçusu mövsümü ilk onluqda (Top-10) başa vurub. Maraqlıdır ki, onlardan biri - 73 kq-da çıxış edən və mövsümün son yarışında bürünc medal qazanan Rüstəm Orucov (5921) ili öz çəkisinin lideri kimi başa vurub. Orucovla eyni şəkidə tatmiyə çıxan Hidayət Heydərosa (4623) ilk üçlüyü tamamlayıb. +78 kq-da mübarizə aparan qadın cüdoçumuz, məvsümün son turnirində yalnız həlledici finalda uduzmaqla gümüş medal qazanaraq daha 3 pillə irəliləyən İrina Kindzerska (6064) da ili üçüncü pillədə başa vurub. Top-10da yer alan daha bir həmyerlimiz Məmmədəli Mehtiyevsə (4584) 6-cı olub. Həmin çəkidə güləşən digər təmsilçimiz - Toğrul Səfquliyevsə (934) 3 pillə geriləməklə 54-cü yerə düşüb. Digər cüdoçularımıza gəlincə, 60 kq-da Kəramət Hüseynov (1242) reytinqdə 43-cü, Davud Məmmədsoy (720) 60-cı yeri tutub. 66 kq çəkidə Nicat Şıxəlizadə (2572) 5 pillə yüksəlməklə 19-cu, 3 pillə irəliləyən Orxan Səfərovsa (1741) 31-ci olub. 81 kq-da Murad Fətiyev (1230) ili 41-ci yerdə bitirib. 100 kq-da 4 pillə geriləyən Elmar Qasımov (3642) 15-ci, cəmi 1 pillə irəliləyən Zlim Kotsayevsə (3185) 16-cı yeri tutub. Ən ağırımız olan (=100 kq) Uşanqi Kokiari (2963)16-dan 15-ə qalxıb.
Qadınlar arasında isə Kindzerska istisna olmaqla, Top-30da belə yer alanımız yoxdur. 48 kq-da Ayişə Qurbanlı (1415) 2 pillə geriləməklə 32-ci, həmin çəkidə güləşən Leyla Əliyeva (1346) isə əksinə 2 pillə irəliləməklə 34-cü olub. 52 kq-da çıxış edən Gültac Məmmədəliyeva (1165) isə 2 pillə irəliləməklə Top-40-ı tamamlayıb.
Bu arada, Rüstəm Orucov mövsümlə bağlə sosial şəbəkədə açıqlama verib. "Başa çatmaqda olan il mənim üçün çox çətin və həm də uğurlu oldu. Bu il həm dünya çempionatını, həm də 2-ci Avropa Oyunlarının bürünc medalçısı oldum. Üçüncü dəfə isə mövsümü İJF-nin reytinq cədvəlinin lideri kimi başa vurdum. Bu uğurlarımda əməyi olan və mənə dəstək verən hər kəsə təşəkkür edirəm. Növbəti hədəfim Tokio Olimpiadasıdır" - Orucov belə deyib.

İNTİQAM 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !