Zelenski Bakı Slavyan Universitetində - -FOTO=2

Zelenski Bakı Slavyan Universitetində -FOTO=2

Azərbaycanda rəsmi səfərdə olan Ukrayna Prezidenti Vladimir Zelenski və xanımı Yelena Zelenskaya dekabrın 17-də Bakı Slavyan Universitetinin nəzdində fəaliyyət göstərən Ukrayna Tədris-Mədəniyyət Mərkəzi ilə tanış olublar.
AZpress.AZ AZƏRTAC-a istinadla xəbər verir ki, Mərkəzin müdiri Lesya Kərimova Prezident Vladimir Zelenskiyə və xanımı Yelena Zelenskayaya burada yaradılan şəraitlə bağlı məlumat verib.
Lesya Kərimova qeyd edib ki, Mərkəzdə Ukrayna və Azərbaycanın mədəni irsinin öyrənilməsi istiqamətində elmi-tədqiqat işləri aparılır. Mərkəz Ukraynanın ölkəmizdəki səfirliyi, Ukraynanın Azərbaycan diasporu və Ukraynanın ali təhsil müəssisələri ilə sıx əməkdaşlıq edir. Sonra “Slavyanoçka” ansamblı Ukrayna dilində mahnılar səsləndirib. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !