Qrip virusuna qarşı peyvənd tətbiqi xidməti həyata keçirilir -

Qrip virusuna qarşı peyvənd tətbiqi xidməti həyata keçirilir

Mərkəzi Gömrük Hospitalında qrip virusuna qarşı Fransanın “Sanofi Pasteur” şirkətinin istehsalı olan Vaxigrip peyvəndinin tətbiqi xidməti uğurla həyata keçirilir.Qrip epidemiyaları zamanı insanların yoluxmasının qarşısını almaq üçün vaksinasiya ən səmərəli üsullardan biridir.
Vaxigrip - böyüklər üçün qripin profilaktikası üçün vurulan peyvənddir. Vaxigrip vaksini ilə immunlaşma zamanı 80-85% insanlarda qrip virusuna qarşı orqanizmin müdafiə gücünün yüksəldilməsi baş verir. Virusa qarşı anticisimlər vaksinasiyadan 10-15 gün sonra ən azı 1 il ərzində orqanizmdə qalır və orqanizmi qoruyur.
Vaxigrip peyvəndinin tətbiqi ilə bağlı ətraflı məlumat üçün (012) 404 08 08 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.


 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !