Gənclər təşkilatlarının 2020-ci il üçün fəaliyyət strategiyasının planlaşdırılması konfransı" layihəsi - -FOTO=4

“Gənclər təşkilatlarının 2020-ci il üçün fəaliyyət strategiyasının planlaşdırılması konfransı" layihəsi -FOTO=4

20-22 dekabr 2019-cu il tarixində Şamaxı şəhərində yerləşən Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Təlim Mərkəzində Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) təşkilatçılığı ilə ARGTMŞ-ya üzv olan və üzv olmayan gənclər təşkilatlarının və gənclər evlərinin iştirakı əsasında "Gənclər təşkilatlarının 2020-ci il üçün fəaliyyət strategiyasının planlaşdırılması" konfransı keçiriləcək.
Layihənin məqsədi NAYORA-ya üzv olan və üzv olmayan gənclər təşkilatları arasında şəbəkənin genişləndirilməsi, təşkilatlar arasında qarşılıqlı əməkdaşlığın, əlaqə şəbəkəsinin inkişaf etdirilməsi və gənclər təşkilatlarının yerli və beynəlxalq donorlarla əməkdaşlığının möhkəmləndirilməsi və layihələrə düzgün müraciət bacarıqlarının inkişaf etdirilməsidir.
Konfransda iştirak edəcək iştirakçılar Bakıda və ölkəmizin regionlarında fəaliyyət göstərən 18-35 yaş arası olan ARGTMŞ-ya üzv olan və üzv olmayan təşkilatların və gənclər evlərinin sədrləri, idarə heyətinin üzvləri və nümayəndələri olacaq.
Ümumilikdə 3 günlük konfrans və 110 gənclər təşkilatı nümayəndəsinin iştirakı hədəfə alınmışdır.
"Gənclər təşkilatlarının 2020-ci il üçün fəaliyyət strategiyasının planlaşdırılması" konfransının səbəbləri aşağıdakılardır:
• Hədəflərimizi müəyyənləşdirmək;
• Fəaliyyət strategiyamızı planlaşdırmaq;
• Şəbəkələşmək;
• Analitik təhlil və tədqiqat bacarıqlarımızı inkişaf etdirmək;
• Nəticələrimizi dayanıqlı etmək
“Gənclər təşkilatlarının 2020-ci il üçün fəaliyyət strategiyasının planlaşdırılması” konfransının birinci panel spikerləri kimi Azərbaycan Respublikası Milli Məclisinin deputatı Məlahət İbrahimqızı, Azərbaycan Respublikası Gənclər və İdman Nazirinin müavini İntiqam Babayev, Azərbaycan Gənclər Fondunun İcraçı Direktoru Fərid Cəfərov, ADA Universitetinin prorektoru Fariz İsmayılzadə iştirak edəcəklər.
Konfransın moderatoru Avropa Gənclər Parlamenti sədr müavini Rüfət Mir Feyzullazadə və təlimçilər qismində Biznes Kouç İlkin Əliyev, Dünya Skaut Hərəkatı Təşkilatının Komitə üzvü İlyas İsmayıllı və digər təlimçilər iştirak edəcək.
Konfransda gənclər təşkilatları nümayəndələri üçün keçiriləcək olan "Yerli və beynəlxalq layihələrin yazılması" təlimlərində təşkilat nümayəndələrinin layihə yazılması bacarıqlarının inkişaf etdirilməsi, 2020-ci ilə daha effektiv və daha konkret hədəflərin qoyuluşu nəticə olaraq gözlənilir.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !