Mən bu cahana sığmazam, gənclərin yaradıcılıq festivalı layihəsi başa çatıb - -FOTO=17

“Mən bu cahana sığmazam, gənclərin yaradıcılıq festivalı” layihəsi başa çatıb -FOTO=17

 “Göyçay İnkişaf Mərkəzi” Gənclər İctimai Birliyi Azərbaycan Gənclər Fondunun dəstəyi ilə həyata keçirdiyi “Mən bu cahana sığmazam, gənclərin yaradıcılıq festivalı” layihəsinin icrasını başa çatdırıb.
Layihə çərçivəsində Qəbələ şəhərində gənclər üçün düşərgə təşkil edilib. Düşərgəyə Nəsimi festivalında uğurlu nəticə göstərən 20 nəfər yaradıcı gənc qatılıb. Düşərgədə təcrübəli təlimçilər tərəfindən gənclərə “Uğur formulu”, “Effektiv bilik əldə etmə metodları”, “Kitab oxumağın üstünlükləri”, “Niyə kitab oxumalıyıq”, “Zamanın və həyatın idarə edilməsi”, eləcədə gənclər üçün interaktiv oyunlar, bilik yarışları, qrup işləri təşkil edilmişdir. Düşərgənin növbəti günü tarixi Çuxur Qəbələ (Qədim Albaniya), Azərbaycan Udi ocağı və Nic qəsəbəsində yerləşən Alban məbədinə ekskursiya təşkil edilmişdir. Düşərgənin təşkilati məsələlərində Qəbələ rayon İcra hakimiyyəti və Qəbələ Qafqaz Sport otel öz dəstəklərini göstərmişdir.
Bildirmək istərdik ki, 2019-cu ilin “Nəsimi İli” elan edilməsi münasibətilə sözü gedən layihə çərçivəsində GİM dahi Azərbaycan şairi İmadəddin Nəsiminin şərəfinə və əziz xatirəsinə ehtiram əlaməti olaraq 3 regionun (Göyçay, İsmayıllı, Qəbələ) gəncləri arasında müsabiqə və Nəsimiyə aid seçilmiş gənclər üçün “Mən bu cahana sığmazam, Gənclərin yaradıcılıq festivalı”-nı təşkil etmişdir. Festivalda fərqlənən gənclər düşərgədə iştirak hüququ qazanaraq layihənin növbəti fəaliyyətlərinə cəlb edilmişdir.
Xatırladaq ki, layihənin məqsədi Nəsimi yaradıcılığına yeni baxış ortaya qoymaq, bu görkəmli şəxsiyyətin irsinin gənclərə yaxından çatdırmaq, milli mədəni-mənəvi dəyərlərin təblığ etmək və ölkə ərazisində “Nəsimi ili” ilə bağlı təşkil olunan fəaliyyətlərə gəncləri cəlb etmək, eləcə də gənclərin asudə vaxtını səmərəli təşkil etmək idi.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !