Uğur Akademiyası layihəsi çərçivəsində keçirilən təlimlərə yekun vurulub - -FOTO=6

“Uğur Akademiyası” layihəsi çərçivəsində keçirilən təlimlərə yekun vurulub -FOTO=6

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə yardımı və “Öyrədərək Öyrənirik” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə icra olunan “Uğur Akademiyası” layihəsi çərçivəsində keçirilən təlimlərə yekun vurulub.
Qeyd edək ki, layihənin icrasına 16 sentyabr 2019-cu il tarixdən başlanılıb. Layihə çərçivəsində 6 təlim keçirilib. Belə ki, təlimçi Aynur Bünyatova tərəfindən 28, 29 və 30 noyabr 2019-cu il tarixlərdə Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzində “Liderlik. Qrup Həmrəyliyi, komanda bacarıqları” “Şəxsiyyətin tiplogiyası və uğurlu karyera əlaqəsi“Psixoloji keyfiyyətlərin formalaşdırılması” mövzularında, 01, 02 və 03 dekabr 2019-cu il tarixlərdə isə təlimçi Rafət Şirəliyev tərəfindən “Potensial peşə və ixtisasların təhlili”, “İş elanlarına yanaşma və CV-lərin hazırlanması” “Müsahibələrdə iştirak” mövzularında təlimlər keçirilib.
Təlimlərin hər birində 50 nəfər gənc iştirak edib və yekunda iştirakçılar sertifikatlarla təltif olunublar.
Qeyd edək ki, layihənin icra müddəti 16 dekabr 2019-cu il tarixdə başa çatacaq.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !