Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev müşavirədə hesabat məruzəsi ilə çıxış edib - -FOTO=3

Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev müşavirədə hesabat məruzəsi ilə çıxış edib -FOTO=3

Dövlət Sərhəd Xidmətinin 2019-cu ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat müşavirəsi keçirilib.
AZpress.AZ xəbər verir ki, hesabat müşavirəsində Prezidentin köməkçisi, Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri, general-polkovnik Məhərrəm Əliyev iştirak edib. Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev müşavirədə hesabat məruzəsi ilə çıxış edib.
E.Quliyev bildirib ki, Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin tapşırığı əsasında Ermənistan ilə dövlət sərhədinin Qazax və Ağstafa rayonları ərazisindən keçən hissəsində, təmas xəttində təhvil alınmış döyüş postlarında “Qazax” əlahiddə sərhəd diviziyası xidməti-döyüş fəaliyyətinə başlayıb. Bu istiqamətdə bütün sərhəd döyüş məntəqələri, 3 yeni hərbi hissə inşa olunub.
Mart və iyun-iyul aylarında düşmənin Qazax rayonunun Babakar dağı istiqamətində öz mövqelərini Azərbaycan ərazisinə doğru irəli çəkmək cəhdləri vaxtında aşkarlanıb, qabaqlayıcı tədbirlər nəticəsində sərhəd döyüş məntəqələrinin döyüş mövqelərinin 1,5-1,7 km irəli çəkilməsinə, nəticədə müqabil ərazidəki Gürcüstandan Ermənistana gedən qaz xəttinin və qaz-kompressor stansiyasının tam nəzarətdə saxlanılmasına nail olunub.
Məhərrəm Əliyev Ali Baş Komandan İlham Əliyevin sərhəd təhlükəsizliyi məsə­lələrinə ali diqqət və qayğısı, hesabat dövründə dövlət sərhədinin mühafi­zəsi sahəsində əldə olunmuş nailiyyətlər, Döv­lət Sərhəd Xidməti qarşısında duran vəzifə və tapşırıqlar haqqında müşavirə iştirakçıları qarşısında çıxış edib. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !