Ağcabədi rayonunda "Pambıq əkini və təhvil verilməsi ilə bağlı ümumrayon müşavirəsi keçirilmişdir. - -FOTO=18 (AZpress.AZ Mais İbrahimov, Ağcabədi)

Ağcabədi rayonunda "Pambıq əkini və təhvil verilməsi ilə bağlı ” ümumrayon müşavirəsi keçirilmişdir. -FOTO=18 (AZpress.AZ Mais İbrahimov, Ağcabədi)

AZpress.AZ- ın bölgə müxbiri xəbər verir ki, 11 dekabr 2019-cu il tarixində Ağcabədi rayonu Yaqub Məmmədov adına Mədəniyyət Mərkəzində “Pambıq əkini və təhvil verilməsi ilə bağlı 2019-cu ilin yekunu və 2020-ci ildə qarşıda duran vəzifələr” ilə əlaqədar ümumrayon müşavirəsi keçirilmişdir. Müşavirəni açan rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov bildirdi ki, son illər respublikamızda bütün sahələrdə böyük yüksəlişə nail olunmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin məqsədyönlü fəaliyyəti nəticəsində bu yüksəliş ölkədə xüsusi ilə kənd təsərrüfatı sahəsində özünü göstərmişdir. Ölkədə pambıqçılığın inkişaf etdirilərək əvvəlki şöhrətinin qaytarılması istiqamətində aparılan işlər böyük vüsət almışdır. Pambıqçılığa göstərilən diqqət və qayğı bu sahədə çalışanları daha yüksək nəaliyyətlər qazanmağa ruhlandırır. Azərbaycan Respublikası Prezidentinin 13 iyul 2017 ci il tarixli 3082 saylı sərəncam ilə “Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi bu sahədə ümumi işin istiqamətini və perspektivini müəyyən etmişdir.
2019-cu ildə rayonda pambıqçılığın vəziyyəti və qarşıda duran vəzifələrlə əlaqədar hesabat məruzəsi ilə çıxış edən rayon icra hakimiyyəti sosial iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsi müdirinin müavini Muxtar Bağırov diqqətə çatdırdı ki, Ağcabədi rayonu yaxın keçmişdə respublikada ən qabaqcıl pambıqçılıq rayonlarından biri olmuşdur. Vaxtilə rayonumuzda 105 min ton pambıq istehsal olunmuşdur.Bu sahədə rayonumuzda üç nəfər Güləbətin Məmmədova, Şaban Rzayev və Suqra Mədətova pambıqçılıq sahəsində əldə etdikləri yüksək nailiyyətlərə görə SSRİ dövründə ölkənin ən ali mükafatı olan Qızıl Ulduz medalı ilə təltif olunaraq, Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdülər. Bu ənənə bu gün də davam edir. Pambıq toplanışında becərdikləri sahənin hər hektarından 50 sentnerdən çox məhsul əldə etdiklərinə görə fermerlər Tofiq İsmayılov və İsgəndər Hüseynov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə ölkənin ən ali mükafatlarından olan I dərəcəli “Əmək” ordeni ilə təltif olunublar.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 3 noyabr tarixli 439 saylı qərarı ilə təsdiq edilmiş “Pambıq və tütün istehsalçılarına dövlət büdcəsinin vəsaiti hesabına subsidiyanın verilməsi Qaydası”nda dəyişiklik edilməsi barədə qərarının icrası ilə əlaqədar subsidiyaların verilməsində edilmiş dəyişikliyə görə istehsalçılar tərəfindən tədarük məntəqələrinə təhvil verilmiş xam pambığın kondisiya çəkidə hər tonuna 100 manat məbləğində subsidiya ödənilir.Bu ildən isə əlavə olaraq hər hektara əkin üçün əlavə 50 manat məbləğində subsidya verilməsi nəzərdə tutulmuşdur.
Məruzəçi bildirdi ki, 2019-cu ildə rayonda 10452,0 ha sahədə 1707 fermerlərlə müqavilə bağlamış və indiyədək 32058,5 tondan artıq məhsul tədarük məntəqələrinə təhvil verilmişdir ki, ümumi məhsuldarlıq 30,67 sentner təşkil etmişdir. Ayrı-ayrı zavodlar üzrə isə “MKT-MMC” Ağcabədi filialı üzrə 4152 ha sahədən orta məhsuldarlıq 32,6 sentner, “Azərpambıq ASK”MMC üzrə 4000,0 ha sahədən 27,8 sentner, “P-Aqro-MMC” 1300,0 ha sahədən 31,7 sentner məhsul təhvil vermişlər. Rayonun tədarük məntəqələrinə pambığın təhvil verilməsində Ağcabədi şəhər, Ağabəyli, Kəbirli, Salmanbəyli, Hacıbədəlli, Sarvanlar, Şənlik və digər kəndlər daha yüksək məhsuldarlıq əldə etmişlər.
2019-cu ilin uğurlarından ruhlanan pambıqçılarımız qarşıdan gələn ildə daha yüksək uğurlar əldə etmək əzmi ilə çalışır, bunun üçün əkin sahələrində lazımi aqrotexniki tədbirləri həyata keçirirlər. Fermerlərimizin 2020-ci il üçün hədəfi rayonda pambıq istehsalını 40.000 tona çatdırmaqdır. Çıxış edənlər I-dərəcəli “Əmək” ordenli Tofiq İsmayilov, və qabaqcıl fermer İbrahim Ağamirov da həmin hədəf uğrunda çalışdıqlarını bildirdilər.
Müşavirənin sonunda icra başçısı cənab Rafil Hüseynov Ağcabədi pambıqçıları qarşısında duran mühüm vəzifələri diqqətə çatdırmaqla onlara səmərəli tövsiyyələrini verdi. Bildirdi ki,gələn il yaxşı məhsul götürmək, qarşıya qoyulan hədəfə çatmaq üçün nəzərdə tutulmuş sahələr vaxtında şumlanmalı, meniral kübrələr verilib arata qoyulmalıdır. Həmçinin yaxşı olar ki, növbəli əkin sistemindən istifadə etməklə kiçik torpaq sahələri birləşdirilməli, onlar təyinatı üzrə vaxtında əkinə hazırlanmalı, fermerlərimiz təcrübəli mütəxəssislərin faydalı məsləhətlərindən istifadə etməlidirlər. İstər pambıq qəbulu məntəqələri və istərsə də fermerlər əməyin son nəticəsinin müəyyənləşdirilməsi zamanı ədalət prinsipinə tam əməl etməli, pambığın becərilməsində iştirak edən hər bir əməkçi də ümumi işə doğma münasibət yaratmalıdır. Ümumiyyətlə görüləcək bütün səmərəli işlər gələcək uğurlarımızın təminatçısı olmalıdır.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !