Ağcabədililər Ulu Öndəri böyük məhəbbətlə xatırlayırlar - -FOTO=59 (AZpress.AZ Mais İbrahimov, Ağcabədi)

Ağcabədililər Ulu Öndəri böyük məhəbbətlə xatırlayırlar -FOTO=59 (AZpress.AZ Mais İbrahimov, Ağcabədi)

Ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi illərdə Ağcabədi rayonuna daim diqqət və qayğı göstərib. Rayon sakinləri Ulu Öndərlə keçirilən görüşləri böyük məhəbbətlə xatırlayırlar. Bu barədə dekabrın 12-də Ağcabədi şəhərindəki Heydər Əliyev Meydanında ümummilli lider Heydər Əliyevin vəfatının 16-cı ildönümünə həsr olunmuş ümumrayon anım tədbirində ətraflı bəhs olunub.
AZpress.AZ- ın bölgə müxbiri xəbər verir ki, Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, rayonun hüquq-mühafizə orqanları, idarə, müəssisə və təşkilat rəhbərləri, ziyalılar, İkinci Dünya və Qarabağ müharibəsi veteranları və ictimaiyyət nümayəndələri ulu öndər Heydər Əliyevin abidəsinin önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.
Anım mərasimində böyük rəhbərin ruhuna dualar oxunub, Heydər Əliyev Mərkəzi ziyarət edilib, rayondakı “Kral” şadlıq sarayında 350 nəfərlik ehsan süfrəsi açılıb.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !