Bərdədə polis vətəndaşı bıçaqladı -

Bərdədə polis vətəndaşı bıçaqladı

“Qafqazinfo”nun məlumatına görə, insident rayonun Bakı küçəsində qeydə alınıb.
Belə ki, Bərdə rayon 32-lər kənd sakini, 39 yaşlı Allahverdiyev Nicat Vidadi oğlu Rayon Polis Şöbəsinin əməkdaşı Muradov Fehruz Novruz oğlu tərəfindən 8 bıçaq zərbəsi ilə bıçaqlanıb.
Yaralı yaxınları tərəfindən rayon mərkəzi xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağırdır.
Faktla bağlı araşdırma aparılır. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !