BDU-da Ulu Öndər Heydər Əliyevin irsinə həsr olunan silsilə mühazirələr dinləniləcək - -FOTO=3

BDU-da Ulu Öndər Heydər Əliyevin irsinə həsr olunan silsilə mühazirələr dinləniləcək -FOTO=3

Bakı Dövlət Universitetində (BDU) Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunan mühazirələrə başlanılıb.
Tədbiri giriş sözü ilə açan rektor Elçin Babayev Ümummilli Lider Heydər Əliyev şəxsiyyətinin Azərbaycan üçün əhəmiyyətindən danışıb. Müasir Azərbaycanın öz varlığı ilə Ulu Öndərə borclu olduğunu bildirən rektor vurğulayıb ki, Ümummilli Liderin xidmətləri sayəsində ölkəmizdə müstəqillik əbədi və dönməz xarakter alıb, dövlətçilik möhkəmlənib, iqtisadi inkişaf üçün güclü təməl yaradılıb, elm və milli təhsil sistemi müasirləşdirilib, fəal maarifçilik kursu həyata keçirilib. E.Babayev intellekti və savadı ilə fərqlənən yüksəkixtisaslı kadrların yetişdirilməsi məsələlərinin Ulu Öndərin fəaliyyətinin bütün mərhələlərində prioritet olduğunu qeyd edib, yürütdüyü siyasətin uzaq hədəflərə hesablanmasını da məhz onun dərin elmi prinsiplər üzərində qurulması, zəngin intellektual potensiala söykənməsi ilə şərtləndiyini diqqətə çatdırıb.
Ulu Öndərin müəyyənləşdirdiyi siyasətin Respublika Prezidenti cənab İlham Əliyev tərəfindən yeni şəraitin tələblərinə uyğun şəkildə, yaradıcılıqla və inamla davam etdirildiyini bildirən E.Babayev əlavə edib ki, Heydər Əliyevin Azərbaycan üçün etdikləri tədqiqat obyektinə çevrilməli, gələcək nəsillərə çatdırılmalıdır. Bu məqsədlə universitetdə silsilə olaraq Heydər Əliyevin irsinə həsr olunan mühazirələrin dinlənilməsi təşkil ediləcək.
Sonra Azərbaycan Milli Elmlər Akademiyasının Qafqazşünaslıq İnstitutunun direktoru, professor Musa Qasımlı ilk mühazirə ilə çıxış edib. O, Ulu Öndərin müstəqilliyimizin qorunması, ölkəmizin inkişafı istiqamətində tarixi xidmətlərindən danışıb. 2003-cü ildən etibardən Ulu Öndərin siyasətinin Prezident İlham Əliyev tərəfindən davam etdirilməsi, bununla da Azərbaycanın müasirləşməsi, daha sürətli inkişafı illəri olduğunu vurğulayaraq ötən illər ərzində Azərbaycanın bir sıra ilklərə imza atdığını, böyük nailiyyətlər qazandığını bildirib. Qeyd edib ki, Azərbaycan xalqının gələcək inkişafı sabitlikdə, xalq ilə hakimiyyətin birliyindədir. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !