Respublika İncəsənət Gimnaziyasının 3-cü sinif şagirdləri ilə Əbədiyaşar lider adlı tədbir keçirildi - -FOTO=5

Respublika İncəsənət Gimnaziyasının 3-cü sinif şagirdləri ilə “Əbədiyaşar lider” adlı tədbir keçirildi -FOTO=5

Yasamal rayon MKS-inin Mərkəzi Kitabxanası Milli Konservatoriyanın tərkibində Respublika İncəsənət Gimnaziyasının 3-cü sinif şagirdləri ilə Yasamal rayon Heydər Əliyev Mərkəzində Ulu öndərin anım günü ilə əlaqədar “Əbədiyaşar lider” adlı tədbir keçirdi. Azərbaycan Dövlət himni səsləndirildi, bir dəqiqəlik sükutla Ulu öndərin xatirəsi yad edildi. Sonra Heydər Əliyevin siyasi fəaliyyətini əks etdirən slayd nümayiş olundu.
MKS-inin böyük metodisti İradə Hüseynova çıxışında Heydər Əliyevin Azərbaycan xalqının həyatında əvəzedilməz rola malik olduğunu vurğuladı. Bildirdi ki, müstəqil Azərbaycan dövlətinin qurulmasında ulu öndər Heydər Əliyevin özünəməxsus yeri vardır.
Gimnaziyanın müəllimi Xanım Dadaşova Heydər Əliyevin uşaqlara diqqət və qayğısından danışdı. Şagirdlərin ifasında Ulu öndərə həsr olunmuş şeirlər, mahnılar səsləndirildi. Sonda iştirakçılar Heydər Əliyev guşəsini ziyarət etdilər.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !