Bülbül adına Orta İxtisas Musiqi Məktəbi və Gürcüstanın İncəsənət Xadimlər Birliyinin birgə təşkilatçılığı ilə XII Beynəlxalq Klassik Future Stars 2019 musiqi festivalının açılışı - + FOTO=91 (Rüstəm Fərman - AZpress.AZ)

Bülbül adına Orta İxtisas Musiqi Məktəbi və Gürcüstanın İncəsənət Xadimlər Birliyinin birgə təşkilatçılığı ilə XII Beynəlxalq Klassik ”Future Stars 2019” musiqi festivalının açılışı + FOTO=91 (Rüstəm Fərman - AZpress.AZ)

AZpress.AZ xəbər verir ki, 10 dekabr 2019- cu il saat 19.00-da Bülbül adına Orta İxtisas Musiqi Məktəbi və Gürcüstanın İncəsənət Xadimlər Birliyinin birgə təşkilatçılığı ilə XII Beynəlxalq Klassik ”Future Stars 2019” musiqi festivalının Bakı Musiqi Akademiyasında açılışı keçirildi.

Festivalı açan Bülbül adına Orta İxtisas Musiqi Məktəbinın direktoru Xalq Artisti Teymur Göyçayev qonaqları salamlayaraq, onları yenidən Azərbaycanda görməyinə cox şad olduğunun bildirdi və açılış üçün sözü Gürcüstan İncəsənət Xadimlər Birliyinin rəhbəri Nino xanım Kupatadzeyə verdi .

Festivalın 4- cü dəfə Bakıda keçirilməyindən məmmun olduqlarını və bu əməkdaşlıq sayəsində neçə- neçə gənc ulduzların üzə çıxdığını bildirən Nino xanım, XII Beynəlxalq Klassik ”Future Stars 2019” musiqi festivalına dünyanın müxtəlif ölkələrindən İran, Türkiyə,Gürcüstan və Azərbaycandan 78 nəfər iştirakçının sənəd verdiyini qeyd edərək musabiqə İştirakçılara uğurlar arzuladı.

Müsabiqə 3 gün dekabrın 11-12-13- davam edəcəyi və Yekun konsertin 14 dekabr 2019-cu il saat 12.00 da Beynəlxalq Muğam Mərkəzində keçirilməsi nəzərdə tutulur.

 

 

FotoMüxbir: Rustem İsmayilov.. 0515202200

 

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !