BMU-nun tələbəsi beynəlxalq yarışda qızıl medal qazanıb - -FOTO=1

BMU-nun tələbəsi beynəlxalq yarışda qızıl medal qazanıb -FOTO=1

Bakı Mühəndislik Universitetinin (BMU) Memarlıq və inşaat fakültəsinin Şəhərsalma ixtisasında təhsil alan II kurs tələbəsi Məhəmmədəli Quliyev Dağıstan Respublikasının Babayurd rayonunda keçirilən sərbəst güləş üzrə regionlararası beynəlxalq turnirdə iştirak edib. Gənclər arasında təşkil edilən, hərbi və siyasi xadim Şeyx Sultan Mutanın xatirəsinə həsr olunanturnirdəBMU-nun tələbəsi, 65 kq çəki dərəcəsində I yeri tutub, diplom və qızıl medalla təltif olunub.
Azərbaycan, Qazaxıstan, Gürcüstan, Rusiya, Ermənistan və başqa ölkələrin gənclərinin təmsil olunduğu turnir 2 gün davam edib, ümumilikdə 5 yarış keçirilib. Erməni rəqibini 10:0 hesabı ilə məğlub edən Məhəmmədəli Quliyev finala vəsiqə qazanıb. Finalda isə rusiyalı rəqibinə 10:8 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, BMU tələbəsi indiyə qədər akrobatika idman növü, o cümlədən sərbəst güləş üzrə isə müxtəlif yerli və beynəlxalq yarışların qalibi olub
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !